Vakansiya haqqında
Təsvir
Kateqoriya menecerinin gündəlik işlərinin icrasında dəstək göstərilməsi;
Kateqoriyanın satış və mənfəət nəticələrinin yaxşılaşdırılmasına dəstək vermək, inkişaf planının hazırlanması və tətbiqində iştirak etmək;
Kateqoriya üzrə görülən işlərin marketinq komandası ilə əlaqələndirilməsi;
Məhsul çeşidi və assortimentin izlənməsi, düzgün assortimentin formalaşdırılmasına dəstək göstərilməsi;
Məhsul qiymətlərinin monitorinqinin aparılması, kateqoriyaların genişləndirilməsi və yeni məhsulların assortimentə əlavə olunması ilə bağlı təkliflərin hazırlanması;
Bazarda mövcud məhsulların çeşidi, keyfiyyəti və qiymətləri üzrə araşdırmaların aparılması;
Rəqiblərin məhsul çeşidi, qiymət siyasəti və fəaliyyətinin mütəmadi izlənilməsi;
İstehlakçı tələblərinin və bazar tendensiyalarının öyrənilməsi;
Stok və məhsul ehtiyatlarının izlənməsi, onların səmərəli idarə olunmasına dəstək verilməsi;
Məhsul sifarişlərinin hazırlanması və yerləşdirilməsində iştirak edilməsi;
Təchizatçılarla münasibətlərin qurulması və gündəlik işlərin koordinasiyasının aparılması;
Satış göstəricilərinin izlənməsi və təhlili;
Müvafiq hesabatların hazırlanması;
Qısamüddətli və uzunmüddətli satış proqnozlarının hazırlanmasında iştirak edilməsi;
Kateqoriya üzrə büdcə göstəricilərinin izlənilməsi.
Tələblər
Ali təhsil;
Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığı, rus dilini danışıq səviyyəsində bilmək üstünlükdür;
Satınalma, satış və ya kateqoriya idarəetməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
Böyük həcmli məlumatların təhlili və proqnozların hazırlanması üzrə təcrübə;
Assortiment, qiymətlər və hesabatlarla işləmək bacarığı;
Güclü analitik düşüncə və iri məlumat bazası ilə işləmək bacarığı;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, Outlook);
Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;
Yüksək ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı.
Vakansiya növü
Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
