Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Sifarişçi, podratçı və subpodratçı müqavilələrinin layihələrini Şirkətin şablonları
və FIDIC şərtləri əsasında hazırlamaq.
Xüsusi şərtləri (Particular
Conditions), ödəniş, təminat və cərimə müddəalarını layihənin xüsusiyyətlərinə uyğunlaşdırmaq.
Müqavilə layihələrinin BOQ, spesifikasiya, qrafik və tender nəticələri ilə uyğunluğunu
yoxlamaq.
Müqavilə şablonları kitabxanasını (standart formalar və
əlavələr) aparmaq və yeniləmək.
Tender sənədlərinin müqavilə hissəsini
hazırlamaq; tender dövründə müqavilə ilə bağlı sorğulara cavabların layihələrini hazırlamaq.
Təkliflərdə müqavilə şərtlərindən kənarlaşmaları və qeyd-şərtləri təhlil etmək, risk şərhləri
ilə Head of Commercial-a təqdim etmək.
Danışıqlarda iştirak etmək və
razılaşdırılmış şərtlərin müqavilə mətninə düzgün daxil edilməsini təmin etmək.
Müqavilə Reyestrini aparmaq: müqavilə dəyəri, VO-lar, mərhələlər, təminatlar, sığortalar və
müddətlər.
Bildiriş müddətləri, təminatların bitmə tarixləri və müqavilə
mərhələləri üzrə xəbərdarlıq təqvimini aparmaq.
Rəsmi müqavilə
yazışmalarının (bildirişlər, göstərişlər, cavablar) layihələrini hazırlamaq.
Müqavilə Risk Reyestrinin yenilənməsini təmin etmək.
VO tələblərinin müqavilə əsasını yoxlamaq və VO paketlərini (əsaslandırma, dəyər və qrafik
təsiri, dəstəkləyici sənədlər) hazırlamaq.
Variation Log-u aparmaq və
VO-ların təsdiq statusunu izləmək.
Təsdiqlənmiş VO-ları Xərclərə Nəzarət
Şöbəsinə və PMO-ya ötürmək.
Təsdiqlənməmiş işlər (unapproved works)
barədə Head of Commercial-a erkən məlumat vermək.
IPC-lərin müqavilə
şərtlərinə (VO-lar, avansın geri tutulması, retention, tutulmalar) uyğunluğunun yoxlanmasında iştirak
etmək.
Final hesablaşma (final account) sənədlərini və müqavilənin
bağlanması paketini hazırlamaq.
Contract Specialist-lər arasında layihə
bölgüsünü aparmaq, onların işini yoxlamaq və keyfiyyətini təmin etmək.
Kommersiya prosedurlarının və şablonlarının hazırlanmasında və yenilənməsində iştirak
etmək.
Tələblər:
Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying), hüquq və ya
əlaqəli sahə).
İnşaat sahəsində minimum 7 il, o cümlədən müqavilə
idarəetməsində minimum 4 il təcrübə.
FIDIC müqavilə şərtləri üzrə
praktiki bilik; müqavilə layihələrinin hazırlanması təcrübəsi.
VO
prosesləri və müqavilə administrasiyası üzrə təcrübə; MS Office (Excel, Word) üzrə yüksək səviyyəli
biliklər
MS Office bilikləri (Word, Excel, Outlook,
Powerpoint);
Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı
səviyyədə;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət
tərəfindən təmin edilir
Əmək Haqqı: 3000-4000 AZN
net
İş yeri - Çıraq plaza
Maraqlanan namizədlər CV formalarını
mövzu yerinə “Müqavilələr üzrə aparıcı mütəxəssis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
