Vakansiya haqqında
Təsvir
“Azərbaycan Dəmir Yolları” QSC-dən gələn sənədləri emal etmək, qeydiyyatına nəzarət etmək;
Hər növbəti ayın 5-nə kimi əvvəlki ayın məlumatlarını daxil etmək, gəlir və xərclərdə kənarlaşmaları şərh etmək;
Maliyyə göstəriciləri üzrə proqnozlar və ssenari təhlilləri hazırlamaq;
Büdcə və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
Büdcə və hesabatlıq modelinin qurulması, qrup daxili əməliyyatları aylıq üzləşdirmək;
Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumatları hazırlamaq;
Hər ay təqdimat formasında şirkət üzrə xərclərin azaldılması və gəlirlərin artırılmasının manatla (AZN) ifadə olunmuş effektivliyini ölçən nümunəvi iş yükü (Task / KPI ssenarisi) cədvəllərini hazırlamaq, struktur bölmələr ilə razılaşdırmaq;
Şirkətin digər şöbələri ilə sıx əmakdaşlıq etməklə şöbə daxili işin fəaliyyət keyfiyyətini artırmaq, satışla bağlı olan məlumatları izləmək və şöbə üzrə məlumatlandırmaq;
Tələblər
Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
Dil bilikləri: rus dili biliyi (yaxşı səviyyədə), ingilis dili biliyi üstünlükdür;
Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;
Maliyyə hesabatlarının hazırlanması və təhlilinə dair biliklər;
Maliyyə planlaşdırılması və proqnozlaşdırmasına dair biliklər;
IFRS və ya yerli maliyyə hesabat standartları üzrə biliklər;
Büdcə və hesabatlılıq üzrə biliklər;
1 C proqramında işləmək bacarığı;
ACCA və ya CFA kimi beynəlxalq sertifikatlara malik olmaq və Big 4 təcrübəsinin olması üstünlükdür;
Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
Detallara yüksək diqqət və dəqiqlik;
Proqnozlaşdırma;
Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmə.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
