Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Ekol Mühəndislik Xidmətləri

Büdcə və hesabatlılıq şöbəsinə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr İllik, rüblük büdcələrin hazırlanmasında iştirak etmək, büdcənin icrasına nəzarət etmək və nəticələri təhlil etmək; Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli (plan-fakt) təhlilini aparmaq, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək və müvafiq hesabatlar hazırlamaq; Maliyyə göstəricilərinin təhlilini aparmaq, maliyyə modelləri qurmaq və maliyyə proqnozları hazırlamaq; Şirkətin struktur bölmələri üzrə büdcə icrasına və hesabatlılıq proseslərinə nəzarət etmək; Struktur bölmələr üzrə gəlir və xərcləri təhlil etmək, xərclərin səmərəliliyini qiymətləndirmək və optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Rəhbərlik üçün analitik hesabatlar, maliyyə arayışları, icmal cədvəllər və təqdimatlar hazırlamaq; Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və hesabat məlumatlarını hazırlamaq, auditorlarla əməkdaşlıq etmək. Tələblər Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahələri üzrə ali təhsil; Maliyyə, büdcə planlaşdırılması və ya hesabatlılıq sahəsində minimum 5 il iş təcrübəsi; MHBS (IFRS) üzrə nəzəri biliklər və praktiki tətbiq təcrübəsi; Maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası üzrə biliklər; ACCA F7 (Financial Reporting), ACCA DipIFR və ya CIMA P1 (Management Accounting) üzrə sertifikatlardan ən azı birinə malik olmaq; MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/VLOOKUP, INDEX/MATCH, SUMIFS, IF və digər maliyyə funksiyaları); 1C 8.3 platformasında işləmək təcrübəsi; Power BI və digər məlumatların vizuallaşdırılması alətləri üzrə biliklərə malik olmaq üstünlükdür; Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilmək (rus dili biliyi arzuolunandır).

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.