Vakansiya haqqında
Əsas vəzifələr
Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək;
Büdcə üzrə kənarlaşmaları təhlil etmək
Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək;
Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.
Tələblər
Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər;
Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı;
Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər;
Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Logo, ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi;
Power BI üzrə biliklər;
Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.
Analitik və məntiqi düşünmə;
Dəqiqlik və diqqətlilik;
Təşəbbüskarlıq;
Məxfi məlumatlarla işləmək bacarığı.
İş yeri: Xırdalan ş., Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur;
Əmək haqqı: Bilik və bacarıqlara uyğun təyin olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
