Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kapital Bank →

Maliyyə dayanıqlığı risklərinin idarə edilməsi və requlyativ tədqiqatı şöbəsində Baş/Aparıcı mütəxəssis

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Bu rolda siz makroiqtisadi və maliyyə risklərini təhlil edəcək, stress-testlərin və risk modellərinin tətbiqi, eləcə də tənzimləyici tələblərin araşdırılması ilə bankın maliyyə dayanıqlığının gücləndirilməsinə töhfə verəcəksiniz. Təhlilləriniz risklərin vaxtında qiymətləndirilməsinə və əsaslandırılmış qərarların qəbuluna dəstək olacaq; bu da bank xidmətlərinin etibarlılığını və maliyyə ekosisteminin sabitliyini qorumağa kömək edəcək. Rol makroiqtisadi təhlil, modelləşdirmə və tənzimləyici araşdırmanı bir araya gətirdiyi üçün biliklərinizi real bank qərarlarına təsir edən işdə tətbiq etmək imkanı yaradır. İqtisadiyyat, maliyyə, ekonometrika, statistika və ya riyaziyyat üzrə ali təhsil; Ekonometrik modelləşdirmə sahəsində minimum 3 il iş təcrübəsi; SQL və Python üzrə biliklər; FRM, CFA və ya CQF sertifikatı, stres-test, model validasiyası və ya model auditi sahəsində təcrübə. Güclü analitik düşünmə, liderlik, ünsiyyət və komandada işləmək bacarıqları; Ekosistem səviyyəsində öyrənmə imkanları Mentorluq və peşəkar inkişaf Milyonlarla müştəri üçün real təsir yaratmaq Dəstəkləyici və açıqfikirli mədəniyyət Texnologiya və biznesin kəsişməsində karyera imkanı Rəqabətli əməkhaqqı və bonuslar Yüksək təminatlı sığorta Visa Premium əməkhaqqı kartı Korporativ endirimlər Korporativ tədbirlər Əlavə məzuniyyət günləri Bankın makroiqtisadi şoklara qarşı dayanıqlığını ölçmək məqsədilə əlverişsiz ssenarilər üzrə stres-testlər aparmaq; Kapital stres-testi və kapital adekvatlığı çərçivəsini gücləndirən stres-test prosedurlarını hazırlamaq və tətbiq etmək; Stres-test və kapital adekvatlığının qiymətləndirilməsi məqsədilə pərakəndə və korporativ kredit portfelləri üzrə makroiqtisadi dəyişənləri PD, LGD, NPL və miqrasiya kimi risk drayverləri ilə əlaqələndirən ekonometrik, zaman sıraları və panel məlumat modelləri qurmaq; Stres ssenarilərinin mənfəət və zərər hesabatına, risk üzrə ölçülmüş aktivlərə və kapital adekvatlığına təsirini hesablamaq, kapital və likvidlik riskləri arasında ikinci mərhələ təsirlərini modelləşdirmək, əks-stres testləri və həssaslıq təhlilləri aparmaq; Modelləri daxili normativ sənədlər əsasında qurmaq, sənədləşdirmək, ilkin validasiyasını həyata keçirmək və müstəqil validasiya prosesinə dəstək göstərmək; Stres-test nəticələrinin risk iştahası limitlərinə, kapital planlamasına və strateji planlaşdırmaya inteqrasiyasını təmin etmək; Bazar dinamikasını və requlyativ dəyişiklikləri nəzərə alaraq modelləri davamlı təkmilləşdirmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.