Vakansiya haqqında
“Premium Bank” ASC-nin Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsində Aparıcı/Baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur.
İşin təsviri
Bankın risk strategiyasının və risk siyasətinin hazırlanmasında iştirak edir;
Yeni kredit məhsullarına və biznes proseslərinin qurulmasına dair risk rəyini verir;
Kredit risklərinin ölçülməsi ilə bağlı metod və modellərin təkmilləşdirilməsini həyata keçirir və hesabatlılığı təmin edir;
Kredit risk limitlərinin müəyyənləşdirilməsində iştirak edir, müəyyən olunmuş limitlərə riayət olunmasına nəzarət edir;
Senariləri təhlil edir, stress-test modellərini hazırlayır, tətbiq edir və nəticələrini qiymətləndirir;
Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak edir, göstəricilərin hədəf səviyyədə saxlanmasına nəzarət edir;
Kredit risklərinin idarə edilməsi üzrə hesabatlılıq sistemini formalaşdırır, təhlil edir və təkmilləşdirilməsinə töhfə verir;
Kredit riskləri üzrə müvafiq hesabatları hazırlayır;
Kredit risklərinin idarə edilməsini həyata keçirir.
Namizədə dair tələblər
Maliyyə və ya iqtisad istiqamətində ali təhsil;
Bank sektorunda risk sahəsi üzrə azı 3 il iş təcrübəsi;
MS Excel proqramı üzrə əla biliklər;
Azərbaycan dili üzrə əla, ingilis dili üzrə yaxşı səviyyə;
Mərkəzi Bankın normativ xarakterli sənədlərinin tələblərini yüksək səviyyədə bilmək;
Detallara diqqət, operativlik və analitik düşünmə bacarığı;
Ekonometrika və statistik analitika üzrə biliklərə malik olması arzuolunandır.
Müraciət qaydası
Tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Kredit risklərinin idarə edilməsi üzrə Aparıcı/Baş mütəxəssis” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
