Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Bank of Baku →

Şəbəkənin idarə edilməsi şöbəsinin baş eksperti

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə funksiyaları Bankın baş ofisi, filialları, məlumat mərkəzləri və ehtiyat mərkəzi üzrə şəbəkə infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək; LAN, WAN, Wi-Fi və SD-WAN şəbəkələrinin layihələndirilməsi, qurulması, idarə edilməsi və optimallaşdırılmasını həyata keçirmək; Router, switch, firewall və simsiz şəbəkə avadanlıqlarının konfiqurasiyasını, yenilənməsini və texniki dəstəyini təmin etmək; Fortinet, Cisco və Palo Alto həlləri əsasında qurulmuş şəbəkə və təhlükəsizlik infrastrukturunu idarə etmək; Filiallar və məlumat mərkəzləri arasında rabitə kanallarını, internet bağlantılarını və alternativ bağlantıların avtomatik işə düşməsi mexanizmlərini idarə etmək; Şəbəkənin seqmentasiyasını, VLAN, routing, access control və şəbəkələrarası giriş qaydalarını tətbiq etmək və aktuallığını təmin etmək; Site-to-Site və Remote Access VPN bağlantılarını, o cümlədən çoxfaktorlu autentifikasiya ilə inteqrasiyanı qurmaq və dəstəkləmək; NAC və AAA həlləri vasitəsilə istifadəçi və cihazların şəbəkəyə girişinə, həmçinin şəbəkə avadanlıqlarına inzibati girişlərə nəzarəti təmin etmək; Şəbəkə performansını, əlçatanlığını və kanal yüklənməsini monitorinq etmək, nasazlıqları operativ aradan qaldırmaq və insidentlərin kök səbəblərini araşdırmaq; İnformasiya təhlükəsizliyi bölməsi ilə birlikdə şəbəkə təhlükəsizliyi tələblərini tətbiq etmək, audit və zəiflik yoxlamaları nəticəsində müəyyən edilmiş çatışmazlıqları aradan qaldırmaq; Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının ehtiyat nüsxələnməsini, bərpasını və proqram təminatı yeniləmələrini təşkil etmək; Ehtiyat mərkəzin şəbəkə hazırlığını təmin etmək, yüksək əlçatanlıq və fəlakətdən bərpa sınaqlarında iştirak etmək; Yeni bank sistemləri və xidmətləri üçün şəbəkə tələblərini qiymətləndirmək, müvafiq bağlantıları və infrastruktur dəyişikliklərini həyata keçirmək; Şəbəkə sxemlərini, IP ünvan planını, avadanlıq inventarını və istismar təlimatlarını hazırlamaq və aktual saxlamaq; Şəbəkə dəyişikliklərini bankın dəyişikliklərin idarə edilməsi proseduruna uyğun planlaşdırmaq, riskləri qiymətləndirmək və geri dönüş planlarını hazırlamaq; Telekommunikasiya provayderləri, təchizatçılar və texniki dəstək tərəfdaşları ilə texniki məsələləri koordinasiya etmək; Şəbəkə idarəetməsində təkrarlanan əməliyyatların avtomatlaşdırılmasında iştirak etmək, komandanın digər əməkdaşlarına texniki dəstək və bilik paylaşımını təmin etmək. Yumşaq bacarıqlar Məsuliyyət Detallara diqqət

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.