Vakansiya haqqında
Təsvir
Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərinin və limitlərin anderraytinqinin təmin edilməsi;
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işinin həyata keçirilməsi;
Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanması;
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsinin aparılması.
Tələblər
Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi;
İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
Məsuliyyətlilik, dəqiqlik və vaxtın idarə edilməsi bacarığı;
Operativ qərarvermə komandada işləmək və ünsiyyət bacarıqları;
CFA və ya ACCA sertifikatlarının olması müsbət qarşılanır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
