Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Dəmir Yolları QSC →

Satışa dəstək şöbəsinin mütəxəssisi ("ADY Ekspress" MMC)

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Konteyner daşınmaları üçün müştəri tərəfindən göndərilən sifarişlərin dəqiq və vaxtında daxili proqrama işlənməsini təmin etmək; Konteyner daşınmaları üzrə cari müştərilərdən daxil olan müraciətlərin və sorğuların cavablandırılmasını təmin etmək, məlumatları operativ və tam təqdim etmək; Müştəriləri daşımalarla bağlı bütün lazımi sənədlərlə (hesabları, təlimatları, aktları və digər müşayiət sənədləri) təmin etmək; Konteyner daşınmaları üzrə müvafiq dövri hesabatlar aparmaq və aidiyyəti üzrə göndərmək; Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək; Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək; Şöbənin əsasnaməsi, bu vəzifə təlimatı və cəmiyyətin korporativ hüquqi aktları ilə müəyyən edilən, habelə rəhbərliyin tapşırığından irəli gələn digər vəzifələri icra etmək. Tələblər Təhsil: Ali təhsil; İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il stajı arzuolunandır; Dil bilikləri: Rus dili (sərbəst) və ingilis dili (yaxşı); Rəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə); Müştəri xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallara aid biliklər; Azərbaycan Resplublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dair biliklər; Müştəri xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi haqqında biliklər; Sənəd dövriyyəsinə dair biliklər; Komanda işi; Müştəri yönümlülük; Yazılı ünsiyyət;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.