Vakansiya haqqında
Satınalma üzrə mütəxəssis axtarılır!Komandamıza satınalma proseslərinin təşkili və idarə olunması sahəsində təcrübəli, məsuliyyətli və analitik düşüncə qabiliyyətinə malik mütəxəssis dəvət edirik!
Əgər dövlət satınalmaları sahəsində bilik və təcrübəyə sahibsənsə, sənədləşmə və təşkilati prosesləri dəqiqliklə idarə edə bilirsənsə, komandamıza qoşul!
Vəzifə öhdəlikləriSatınalma proseslərinin həyata keçirilməsi üçün etender.gov.az elektron dövlət satınalmaları portalında müvafiq elanların tərtib edilməsi və dərc olunması;
Satınalma predmetinin xüsusiyyətlərinə uyğun əsas şərtlər toplusunun hazırlanması və tələb olunan qaydada rəsmiləşdirilməsi;
Satınalma komissiyasının iclaslarının planlaşdırılması və təşkili, iclas protokollarının hazırlanması;
Satınalma prosedurlarının yekunlarına dair nəticə protokollarının tərtib və təsdiq üçün hazırlanması;
Satınalma predmetləri üzrə bazar təhlilinin aparılması və ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsi;
Təkliflərin açılışından sonra təchizatçılar tərəfindən təqdim olunan sənədlərin və qiymət təkliflərinin əsas şərtlər toplusuna uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
Cəmiyyətin struktur bölmələrindən daxil olan tələbatlar əsasında illik satınalma planının tərtib edilməsi, məlumatların ümumiləşdirilməsi və ehtiyac yarandıqda yenilənməsi;
Bütün satınalma əməliyyatlarının qüvvədə olan qanunvericiliyə və Cəmiyyətin daxili normativ sənədlərinə uyğun aparılmasına nəzarət edilməsi.
Namizədə dair tələblərAli təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
etender.gov.az elektron satınalma portalından istifadə üzrə praktiki bilik və təcrübə (mütləqdir);
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunvericiliyini yaxşı bilmək (mütləqdir);
Komanda ilə işləmək, iş proseslərini təşkil etmək və effektiv ünsiyyət qurmaq bacarığı;
İşgüzar münasibətlərin formalaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi bacarığı;
Şəxsi və peşəkar inkişafa açıq olmaq.
İş şəraitiİş yeri: Bakı şəhəri, Dalğa Plaza;
İş rejimi: 5 günlük iş həftəsi (bazar ertəsi – cümə);
İş saatları: Namizədin seçiminə əsasən 08:00–17:00 və ya 09:00–18:00;
Zərurət yarandıqda ezamiyyət imkanları.
Əgər bilik və təcrübənlə satınalma proseslərinin səmərəli təşkilinə töhfə verə biləcəyini düşünürsənsə, komandamıza qoşul!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
