Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Xarici bazarlardan idxal edilən məhsulların daşınma proseslərini Xarici Logistika Şöbəsi ilə əlaqələndirmək;
Gömrük və digər rəsmiləşdirmə işləri üçün tələb olunan sənədləri Xarici Logistika Şöbəsinə təqdim etmək;
Təchizatçılar üzrə yaranan borc öhdəliklərini izləmək və müvafiq nəzarəti həyata keçirmək;
Təchizatçılarla işgüzar münasibətlərin qurulmasında və onların qiymətləndirilməsi prosesində iştirak etmək;
Müvafiq sistemdə satınalma sifarişlərini yaratmaq və ödənişə yönləndirmək;
Sifarişləri yoxlamaq, təhlil etmək və onların tələb olunan müddətdə icrasını təmin etmək;
İqtisadi Təhlil Şöbəsinin təqdim etdiyi satış planları əsasında minimum və maksimum ehtiyat səviyyələrini, həmçinin təminat müddətlərini nəzərə alaraq hazır məhsul sifarişlərini formalaşdırmaq;
Maliyyə planının hazırlanmasında iştirak etmək və müvafiq planlaşdırmanı həyata keçirmək;
Məhsul keyfiyyəti ilə bağlı yaranan problemləri araşdırmaq və onların həlli üçün müvafiq tədbirlər görmək;
Anbara daxil olan mallar üzrə sənədləşmə prosesinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar
Satınalma və təchizat prosesləri üzrə biliklər;
Sifarişlərin idarə olunması və təchizatçılarla işgüzar əlaqələrin qurulması bacarığı;
Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
Planlaşdırma, təşkilatçılıq və vaxtın səmərəli idarə edilməsi bacarıqları;
Komanda daxilində işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri
Ali təhsil, təchizatın idarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür;
Satınalma, təchizat və ya müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
İş şərtləri
İş qrafiki: tam iş günü, 5 gün;
İş saatları: 09:00-18:00;
İş yeri: Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik
Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Nahar;
Şirkət hesabına korporativ nömrə;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Satınalma üzrə Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
