Vakansiya haqqında
Maliyyə hesabatlılığı, büdcə təhlili və məhsul rentabelliyinin qiymətləndirilməsi sahəsində bilik və təcrübəyə malik, maliyyə göstəricilərinin təhlili əsasında biznes qərarlarının effektivliyinin artırılmasına və maliyyə performansının optimallaşdırılmasına töhfə verəcək analitik düşüncəli mütəxəssis axtarırıq.
+ ' ' + Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr təhsili;
Maliyyə hesabatlılığı, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində minimum 1–2 il müvafiq iş təcrübəsi;
Minimum ACCA F3 (Financial Accounting) və F7 (Financial Reporting) sertifikatlarının olması;
MHBS (IFRS), maliyyə hesabatlılığı prinsipləri və maliyyə təhlili metodları üzrə yaxşı biliklər;
Microsoft Office proqramları, xüsusilə MS Excel və MS PowerPoint üzrə biliklər;
Böyük həcmli məlumatlarla işləmək, məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək bacarığı;
Sahiblənmə və məsuliyyət hissi;
Dəyişən mühitə çevik adaptasiya;
Davamlı öyrənmə və inkişaf həvəsi.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + MS Excel və MS PowerPoint proqramlarından istifadə etməklə aylıq idarəetmə hesabatlarını və təqdimatları hazırlamaq;
Aylıq mənfəət və zərər (P&L) hesabatlarının, o cümlədən məhsullar üzrə P&L hesabatlarının hazırlanması və konsolidasiyasında iştirak etmək;
Büdcə və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyənləşdirmək və əhəmiyyətli fərqləri əsaslandırmaq;
Maliyyə məlumatlarının toplanması və təhlili məqsədilə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
Zərərsizlik nöqtəsini (Break-even) hesablamaq və təhlil etmək;
Maliyyə hesabatlılığı və büdcələşdirmə proseslərinin davamlı təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
