Vakansiya haqqında
Təsvir
Müştərilərin müraciətlərini cavablandırmaq, bank məhsulları və xidmətləri barədə ətraflı məlumat vermək və uyğun məsləhət təqdim etmək;
Müştərilərin eyniləşdirilməsini həyata keçirmək, onlar üçün müvafiq hesabların açılması və bağlanmasını təmin etmək, hesab sahibinin göstərişlərinə uyğun əməliyyatların icrasını təmin etmək;
Müştərilərin tələbinə əsasən hesab qalıqları üzrə arayış və çıxarış hazırlayıb təqdim etmək;
Kredit müraciətlərini qəbul etmək və təhlil etmək;
Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilmə şərtlərinə, o cümlədən kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və digər tələblərə əməl olunmasına nəzarət etmək;
Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun icrasına nəzarət etmək;
Müraciətləri Bankın kredit komitəsində müdafiə etmək;
Kredit sənədlərini hazırlamaq;
Kredit portfelinə nəzarət etmək və onu idarə etmək;
Verilmiş kreditlər üzrə xidmətlərin göstərilməsini və onların monitorinqini həyata keçirmək.
Tələblər
Maliyyə, İqtisadiyyat, Menecment və ya Hüquq sahəsində ali magistr təhsili və ya ona bərabər tutulan təhsil səviyyəsi;
Hərbi xidməti tamamlamış olmaq və ya hərbi xidmətdən möhlət hüququna malik olmaq (oğlan namizədlər üçün);
Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə sahib olmaq;
Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
Yenilikləri sürətli və dərindən mənimsəmək bacarığı;
Problemli kreditlərin həlli istiqamətində bilik və bacarıqların olması;
Analitik düşüncə, eləcə də müştərilərlə işləmək bacarığı;
Riyazi hesablamalar aparmaq bacarığı;
Stressə davamlılıq və komanda daxilində işləmək qabiliyyəti;
İşdə dəqiqlik və detallara diqqət yetirmək bacarığı;
Kompüter bilikləri.
Vakansiya növü
Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
