Vakansiya haqqında
Öhdəliklər:
Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların
qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi;
Müştəri
tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə
əsasında əməkdaşlığa cəlb edilməsi;
Müştərilərin ehtiyaclarının
müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması;
Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət
edilməsi;
Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış
edilməsi;
Daxil olan sorğuların vaxtında və dəqiq
cavablandırılması;
Sifarişlərin çatdırılma prosesinə nəzarət
edilməsi;
Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin
məlumatlandırılması və debitor borcların yığılması;
Müştəri məmnuniyyəti
ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;
Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin
hazırlanması;
Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və
arxivləşdirilməsi;
Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən
istifadə edilməsi;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların
hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
Ali təhsil (inşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük
veriləcək);
Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat
və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür);
B kateqoriyalı
sürücülük vəsiqəsinin olması;
B2B satış texnikaları üzrə nəzəri və
praktiki biliklər;
Uğurlu şəxsi satış təcrübəsi;
Yüksək danışıq və təqdimat bacarıqları;
Fərdi və
komanda şəklində işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə
bilmək (türk, rus və ingilis dillərini bilmək arzuolunandır);
MS Office
(Word, Excel) proqramlarını bilmək (CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür).
İş şəraiti:
İş qrafiki: bazar ertəsi – şənbə;
İş
yeri: Bakı şəhəri;
Əmək haqqı + satış bonusu;
Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
Məhsul və xidmətlər üzrə təlimlər;
Özəl tibbi
sığorta.
Maraqlanan namizədlərdən xahiş olunur ki,
CV-lərini e-poçtun mövzu hissəsində “Layihələr üzrə satış təmsilçisi” sözlərini qeyd
edərəkMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
