Vakansiya haqqında
“EastTrade MMC” şirkəti “Satış Təmsilçisi” vakansiyası elan edir.
İş şəraiti:
İş qrafiki həftə içi 6 gün.
İş yeri: Babək monte karlo şadlıq sarayının yanı. Kamran Əfkari 17Q
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Əmək haqqı: 500 Azn (fiks)+ % + yanacaq + nömrə
Namizədə tələblər
Namizədlər (20- 35 yaş)
Təcrübə: Mövcud sahədə təcrübə olması üstünlükdür; (Qida sektoru, şirniyyat)
Dil bilikləri: Azərbaycan dili, rus dili arzuolunandır;
Rəhbərliyin tapşırığını vaxtında icra edə bilməli;
Texniki sahə üzrə də daxil olmaqla, çox yaxşı şifahi və yazılı ünsiyyət bacarığı
Vəzifə öhdəlikləri:
Tələb olunduğu təqdirdə, problemlərin rəhbərliyin nəzərinə çatdırılması
Məhsul və ya xidmət haqqında ətraflı məlumat vermək
Satış planını yerinə yetirmək və artırmaq
Yeni müştərilər tapmaq, mövcud müştəri bazasını genişləndirmək
Müştəri ehtiyaclarını müəyyən edib uyğun məhsul təklif etmək
Sifarişləri qəbul etmək və satış prosesini izləmək
Bazar araşdırması aparmaq, rəqibləri izləmək
Hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Müştəri məmnuniyyətini təmin etmək və şikayətləri həll etmək
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən şəkilli "CV"-nizi mövzu yerinə “Satış Təmsilçisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 055 220 40 50
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
