Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Beautech

Satış təmsilçisi

1000 - 2500 AZN

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Beautech — kosmetika və şəxsi qulluq məhsullarının idxalı, distribusiyası və pərakəndə satışı ilə məşğul olan şirkətdir. Şirkətimiz The Ceel, Becot Beaute, O.two.o Cosmetics və digər beynəlxalq brendlərlə çalışır, məhsullarını Azərbaycanın aparıcı kosmetika mağazaları şəbəkələrində və müstəqil satış nöqtələrində təqdim edir. Satış komandamızı gücləndirmək üçün kosmetika bazarında təcrübəli və nəticəyönümlü Topdan Satış Nümayəndəsi axtarırıq. Vəzifə öhdəlikləri Bakı və ətraf ərazilərdə kosmetika mağazaları, parfümeriyalar və digər satış nöqtələri ilə aktiv əməkdaşlığın qurulması; Yeni müştərilərin cəlb edilməsi və satış şəbəkəsinin genişləndirilməsi; Mövcud müştərilərin idarə edilməsi, sifarişlərin toplanması və satış həcminin artırılması; Satış nöqtələrinə müntəzəm səfərlərin həyata keçirilməsi; Məhsul çeşidlərinin müştərilərə təqdim edilməsi və yeni məhsulların satış nöqtələrinə daxil edilməsi; Rəqib brendlərin, bazar qiymətlərinin və satış imkanlarının izlənilməsi; Debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında təmin edilməsində iştirak; Aylıq satış hədəflərinin yerinə yetirilməsi və rəhbərliyə hesabatların təqdim olunması. Rəhbərlik tərəfindən tələb olunan müvafiq dövrlərə aid hesabatların hazırlanması. Namizədə tələblər Kosmetika, parfümeriya və ya FMCG sahəsində topdan satış üzrə minimum 2 il iş təcrübəsi; Xanım Namizədlərə üstünlük verilir; Bakı kosmetika bazarını və satış nöqtələrini yaxşı tanımaq; Yeni müştərilərin cəlb edilməsi və danışıqlar aparılması bacarığı; Satış planları ilə işləmək və nəticəyə fokuslanmaq; Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı; Məsuliyyətli, təşəbbüskar və intizamlı olmaq; Şəxsi avtomobilin olması üstünlükdür. Kosmetika sahəsində formalaşmış müştəri əlaqələri və aktiv topdan satış təcrübəsi olan namizədlərə xüsusi üstünlük veriləcək. Biz nə təklif edirik? Rəqabətli əməkhaqqı: Razılaşma yolu ilə ilə stabil maaş və satışdan bonus ( 1000 AZN - 2500 AZN aralığında ümumi gəlir) AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə; Satış nəticələrinə uyğun əlavə qazanc imkanı; Beynəlxalq kosmetika brendləri ilə işləmək fürsəti; Geniş məhsul portfeli və mövcud satış infrastrukturu; Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Uzunmüddətli və stabil əməkdaşlıq; Performansa əsaslanan şəffaf qiymətləndirmə sistemi. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini “Satış Mütəxəssisi” başlığı ilə şirkətimizin işə qəbul əlaqə vasitəsinə göndərə bilərlər. Satışda nəticə yaradan peşəkarları komandamıza dəvət edirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar