Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Macromed Group

Satış təmsilçisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş barədə məlumat: Tibbi məhsulların həm topdan, həm də pərakəndə satışı həyata keçirilir. Sənədləşmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun aparılır. Təcrübə tələb olunmur. Universiteti yeni bitirmiş, orta müvəffəqiyyət göstəricisi yüksək olan namizədlərə üstünlük verilir. Xarici ölkələrdə keçirilən sərgi və təlimlərdə iştirak olunduğu üçün namizədin səfər etməyə uyğun olması vacibdir. Ofis Bakı şəhəri N.Nərimanov rayonu ərazisində yerləşir. Vəzifə ilə bağlı bütün məlumatlar ətraflı şəkildə təqdim olunacaq və öyrədiləcək. Avtomobilin yanacaq xərci, amortizasiya və telefon xərci tam ödənilir. Əmək haqqı başlanğıc 550 manatdır, satışa görə bonusla birlikdə 800-1500 manat aralığındadır. Namizədin fəaliyyətinə uyğun əlavə bonuslar da tətbiq edilə bilər. Vəzifə öhdəlikləri Şirkət məhsullarının satış prosesini təşkil etmək. Tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək. Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək. Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Şirkətin təqdim etdiyi bütün məhsulların xüsusiyyətləri və qiymətləri barədə tam məlumatlı olmaq. Müştərilərlə davamlı əlaqə saxlamaq, onların ehtiyac və tələblərini təhlil etmək. Yeni müştərilərin cəlb olunmasını təmin etmək. Potensial müştəriləri müəyyənləşdirmək və görüşləri təşkil etmək. Satış hədəflərinə nail olmaq. Sürücülük vəsiqəsi və şəxsi avtomobil olması arzuolunandır. Avtomobil xərcləri, yəni yanacaq və amortizasiya şirkət tərəfindən qarşılanır. MS Office proqramlarında işləmə bacarığı olmalıdır. Namizəd Bakı şəhərində yaşamalıdır. Xarici sərgilərdə və təlimlərdə iştirak nəzərdə tutulur. Universiteti yeni bitirmiş və orta müvəffəqiyyət göstəricisi yüksək olan şəxslərə üstünlük verilir. Şəxsi gigiyena qaydalarına daim riayət etməli, səliqəli geyinməlidir. Müraciət qaydası CV-lər yalnız e-poçt vasitəsilə qəbul olunur. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.