Vakansiya haqqında
Xaricdə Təhsil üzrə Satış Mütəxəssisi axtarırıq!
Komandamıza xaricdə təhsil sahəsinə marağı olan, güclü kommunikasiya və satış bacarıqlarına sahib Xaricdə Təhsil üzrə Satış Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
Xaricdə təhsil almaq istəyən tələbə və valideynlərlə ilkin və davamlı əlaqənin qurulması;
Tələbə və valideynlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi;
Xaricdəki universitetlər, ixtisaslar, qəbul şərtləri və tələbə həyatı haqqında məlumatlı olmaq;
Tələbələrə onların akademik və şəxsi məqsədlərinə uyğun universitet və proqramlar üzrə düzgün tövsiyələr vermək;
Tələbə və valideynlərlə peşəkar və düzgün kommunikasiya qurmaq;
Müştərilərə konsultasiya prosesinin aparılması və satışın həyata keçirilməsi;
Xaricdə universitet həyatı, yaşayış şəraiti və tələbə imkanları haqqında məlumat verərək uyğun tövsiyələr təqdim etmək;
Müştəri məmnuniyyətinin təmin edilməsi və müraciət prosesinin koordinasiyası.
Namizədə tələblər:
Xaricdə təhsil sahəsi haqqında ümumi və ya praktiki biliyə sahib olmaq;
Xarici universitetlər və təhsil sistemləri haqqında məlumatlı olmaq;
Güclü kommunikasiya və müştəri ilə ünsiyyət bacarığı;
Satış və inandırma qabiliyyətinin yüksək olması;
Valideyn və tələbələrlə düzgün, nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
Tələbənin ehtiyaclarını analiz edərək uyğun seçimlər təqdim edə bilmək;
Öyrənməyə və peşəkar inkişaf etməyə yüksək maraq;
Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
Komanda ilə işləmək bacarığı.
Qeyd:
Universitet müraciətləri (application), motivasiya məktublarının hazırlanması və digər müraciət prosesləri şirkətimiz tərəfindən həyata keçirilir.
Namizədin əsas vəzifəsi tələbə və valideynlərlə düzgün kommunikasiya qurmaq, onların ehtiyaclarını müəyyənləşdirmək, uyğun universitet və proqramları təqdim etmək və satış prosesini uğurla idarə etməkdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
