Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mr.Fix

Layihələr üzrə satış təmsilçisi

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi; Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi; Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə əsasında əməkdaşlığa cəlb edilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması; Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət edilməsi; Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış edilməsi; Daxil olan sorğuların vaxtında və dəqiq cavablandırılması; Sifarişlərin çatdırılma prosesinə nəzarət edilməsi; Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və debitor borcların yığılması; Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi; Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin hazırlanması; Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi; Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadə edilməsi; Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması. Tələblər Ali təhsil (inşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük veriləcək); Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür); B kateqoriyalı sürücülük vəsiqəsinin olması; B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər; Uğurlu şəxsi satış təcrübəsi; Yüksək danışıq və təqdimat bacarıqları; Fərdi və komanda şəklində işləmək bacarığı; Azərbaycan dilini yüksək səviyyədə bilmək (türk, rus və ingilis dillərini bilmək arzuolunandır); MS Office (Word, Excel) proqramlarını bilmək (CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür). İş qrafiki: bazar ertəsi – şənbə; İş yeri: Bakı şəhəri; Əmək haqqı + satış bonusu; Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat; Məhsul və xidmətlər üzrə təlimlər; Özəl tibbi sığorta.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar