Vakansiya haqqında
Öhdəliklər:
Korporativ satış üzrə bazar araşdırmalarının aparılması, yeni əməkdaşlıqların qurulması və mövcud müştərilərə satışın həyata keçirilməsi;
Müştəri tələblərinə uyğun təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
Potensial müştərilərlə görüşlərin keçirilməsi, danışıqların aparılması və onların müqavilə əsasında əməkdaşlığa cəlb edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin vaxtında təqdim olunması;
Rayonlarda layihəsi olan müştərilərin layihələrinin yerində ziyarət edilməsi;
Müştərilərin şirkətin məhsul və xidmətləri ilə tanış edilməsi;
Daxil olan sorğuların vaxtında və dəqiq cavablandırılması;
Sifarişlərin çatdırılma prosesinə nəzarət edilməsi;
Ödənişlərin izlənilməsi, gecikən ödənişlərlə bağlı müştərilərin məlumatlandırılması və debitor borcların yığılması;
Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün tədbirlərin görülməsi;
Satış səmərəliliyinin təhlil edilməsi və onun artırılması üçün təkliflərin hazırlanması;
Korporativ satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
Korporativ sənəd dövriyyəsi və CRM sistemlərindən istifadə edilməsi;
Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər:
Ali təhsil (inşaat və ya kimya mühəndisliyi ixtisaslı namizədlərə üstünlük veriləcək);
Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi (inşaat və tikinti materialları satışı üzrə təcrübə üstünlükdür);
B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
Uğurlu şəxsi satış təcrübəsi;
Yüksək danışıq və təqdimat bacarıqları;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə bilmək (türk, rus və ingilis dillərini bilmək arzuolunandır);
MS Office (Word, Excel) proqramlarını bilmək (CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür).
İş şəraiti:
İş qrafiki: bazar ertəsi – şənbə;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı + satış bonusu;
Azərbaycan RespublikasıR Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
Məhsul və xidmətlər üzrə təlimlər;
Özəl tibbi sığorta.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini e-poçtun mövzu hissəsində “Layihələr üzrə satış təmsilçisi” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
