Vakansiya haqqında
Maliyyə sektorunda karyera qurmaq, bu sahədə bilik və bacarıqlarınızı artırmaq istəyirsinizsə, bu imkan sizin üçündür!
GL ASC-nin Şəki şəhərində fəaliyyət göstərən filialı gəncləri Kredit mütəxəssisi təcrübə proqramına dəvət edir.
Proqram müddətində həm nəzəri, həm də praktiki biliklər qazanacaq, peşəkar təlimçilərdən satış bacarıqlarını öyrənəcək və real iş mühitində təcrübə əldə edəcəksiniz.
Qeyd: Təcrübə proqramı 3 ay davam edəcək. Proqramı uğurla tamamlayan namizədlər tam ştatlı əməkdaş kimi işə qəbul olunacaq, əməkhaqqı ilə yanaşı bonus da əldə edəcəklər.
Vəzifə öhdəlikləri
Təlimlərdə aktiv iştirak etmək;
Təlim zamanı əldə olunan bilikləri mənimsəmək və praktikada tətbiq etmək;
Təlimçi və mentorlarla səmərəli əməkdaşlıq etmək;
Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək.
Namizədə dair tələblər
18–30 yaş aralığında olmaq;
Ali və ya orta ixtisas təhsili üzrə son kurs tələbəsi olmaq və ya müvafiq təhsili bitirmiş olmaq;
Karyerasını maliyyə sektorunda qurmaq istəyi;
Öyrənməyə və inkişaf etməyə açıq olmaq;
Hədəflərlə işləmək bacarığı;
Yaxşı ünsiyyət və təqdimat bacarığı;
Komanda ilə işləmək bacarığı.
İş qrafiki
Part-time (yarımştat);
Full-time (tam ştat).
Sizə nə təklif edirik?
Peşəkar təlimçilərdən müasir satış üsullarını öyrənmək imkanı;
Şəki şəhərində yerləşən filialımızda təcrübə keçmək imkanı;
Maliyyə və kreditləşmə sahəsində ilkin biliklər əldə etmək;
Lombard məhsulları və xidmətləri haqqında ətraflı məlumat;
Təcrübə müddətində əməkhaqqı və bonus;
Proqramı uğurla bitirdikdən sonra daimi iş imkanı.
3 ay ərzində öyrənin, təcrübə qazanın və karyeranıza Şəkidə bizimlə başlayın!
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Kredit mütəxəssisi təcrübə proqramı (Şəki)” qeyd etməklə elanda yerləşdirilən “Müraciət et” düyməsi vasitəsilə göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
