Vakansiya haqqında
Titan Group komandası sosial media idarəçiliyi və peşəkar foto-video çəkiliş sahəsində
inkişaf etmək istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir. Proqram
çərçivəsində iştirakçılar real iş mühitində çalışaraq SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində
praktiki bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin sosial media hesabları üçün kontentlərin hazırlanmasında iştirak
etmək;
Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərini
həyata keçirmək;
Foto və video çəkilişlərinin hazırlanması və təşkilində
iştirak etmək;
Instagram Reels, TikTok və digər sosial media
platformaları üçün video kontentlər hazırlamaq;
Çəkilmiş foto və
videoların montajını həyata keçirmək;
Sosial media üçün kreativ kontent
ideyaları təklif etmək;
Sosial media trendlərini izləmək və yeni
formatları tətbiq etmək;
Kontent planının hazırlanması və icrasında
iştirak etmək.
Namizədə dair tələblər:
SMM və foto-video kontent sahəsinə maraq;
Foto və video çəkilişlərinə həvəs və bu sahədə inkişaf istəyi;
Peşəkar kamera ilə işləməyi öyrənməyə maraq;
CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığının
olması üstünlükdür;
Instagram və TikTok platformalarını yaxşı
tanımaq;
Kreativ düşüncə və estetik baxışa malik
olmaq;
Öyrənməyə və peşəkar inkişafa yüksək
motivasiya;
Komanda ilə işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
Müddət: İlk 2 ay ödənişsiz təcrübə proqramı;
Praktiki təcrübə: Peşəkar Canon kamera ilə real çəkiliş proseslərində
iştirak;
İnkişaf imkanları: SMM, foto-video çəkiliş və
kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;
İşə qəbul imkanı: Təcrübə proqramını uğurla tamamlayan namizədin şirkətdə 500
AZN başlanğıc əmək haqqı ilə işə qəbul olunma imkanı;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən
mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı:Binə qəsəbəsi.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından
istifadə edilməsi xahiş olunur:
“SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi – Təcrübə
Proqramı”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
