Vakansiya haqqında
Titan Group komandası sosial media idarəçiliyi və peşəkar
foto-video çəkiliş sahəsində inkişaf etmək istəyən, kreativ, təşəbbüskar və öyrənməyə
həvəsli namizədləri təcrübə proqramına dəvət edir. Proqram çərçivəsində
iştirakçılar real iş mühitində çalışaraq SMM, foto-video çəkiliş və kontent
hazırlanması sahəsində praktiki bilik və bacarıqlar əldə etmək imkanı
qazanacaqlar.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin
sosial media hesabları üçün kontentlərin hazırlanmasında iştirak etmək;
Peşəkar
Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərini həyata keçirmək;
Foto və
video çəkilişlərinin hazırlanması və təşkilində iştirak etmək;
Instagram
Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər
hazırlamaq;
Çəkilmiş
foto və videoların montajını həyata keçirmək;
Sosial
media üçün kreativ kontent ideyaları təklif etmək;
Sosial
media trendlərini izləmək və yeni formatları tətbiq etmək;
Kontent
planının hazırlanması və icrasında iştirak etmək.
Namizədə dair tələblər:
SMM və
foto-video kontent sahəsinə maraq;
Foto və
video çəkilişlərinə həvəs və bu sahədə inkişaf istəyi;
Peşəkar
kamera ilə işləməyi öyrənməyə maraq;
CapCut,
Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə
bacarığının olması üstünlükdür;
Instagram
və TikTok platformalarını yaxşı tanımaq;
Kreativ
düşüncə və estetik baxışa malik olmaq;
Öyrənməyə
və peşəkar inkişafa yüksək motivasiya;
Komanda
ilə işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
Müddət:
İlk 2 ay ödənişsiz təcrübə proqramı;
Praktiki
təcrübə: Peşəkar Canon kamera ilə real çəkiliş proseslərində iştirak;
İnkişaf
imkanları: SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində
praktiki bilik və bacarıqların əldə edilməsi;
İşə qəbul
imkanı: Təcrübə proqramını uğurla tamamlayan namizədin şirkətdə 500 AZN
başlanğıc əmək haqqı ilə işə qəbul olunma imkanı;
Nahar:
Şirkət tərəfindən təmin olunur;
Servis:
Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş
qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş
ünvanı: Binə qəsəbəsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
