Vakansiya haqqında
Şəki şəhərində Baş Kredit Mütəxəssisi vakansiyası elan olunur.
Satışda bacarığınıza güvənirsiniz, müştərilərlə səmərəli işləyir və nəticə əldə etməyi sevirsinizsə, komandamıza qoşulmaq üçün doğru namizədsiniz.
Şirkətimizin Şəki şəhərindəki filialı üçün aktiv satışda təcrübəsi olan, müştəri münasibətlərini peşəkar şəkildə idarə edən, kreditləşmə proseslərində təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri
Aktiv satış fəaliyyətini həyata keçirmək, yeni müştəriləri cəlb etmək və müştəri bazasını genişləndirmək;
Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və müştərilərlə davamlı əlaqə saxlamaq;
Müştəri müraciətlərini qəbul etmək, maliyyə imkanlarını təhlil etmək və kreditlərin rəsmiləşdirilməsini təmin etmək;
Yeni kredit məhsulları və daha effektiv satış yanaşmaları ilə bağlı təkliflər hazırlamaq;
Müştəri məmnuniyyətini qorumaq, şikayət və müraciətləri operativ araşdırmaq;
Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət etmək.
Namizədə dair tələblər
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Güclü ünsiyyət və təqdimat bacarığı;
Yüksək satış qabiliyyəti və müştəri yönümlü yanaşma;
Fərdi şəkildə və komanda daxilində işləmək bacarığı;
Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində təcrübə üstünlük sayılır.
Sizi nə gözləyir?
Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi.
Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = ayda 1 200 AZN-dək gəlir;
Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = ayda 1 800 AZN-dək gəlir.
İş qrafiki və iş yeri
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
İş yeri: Şəki şəhəri.
Müraciət qaydası
Bu fürsətdən yararlanmaq və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi – Şəki” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
