Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GL ASC

Baş kredit mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

VAKANSİYA: BAŞ KREDİT MÜTƏXƏSSİSİ Satış bacarıqlarınıza güvənirsiniz? Müştərilərlə işləmək və nəticə əldə etmək sizin güclü tərəfinizdir? O zaman komandamıza qoşulun! Şirkətimiz aktiv satış, müştəri əlaqələrinin idarə edilməsi və kreditləşmə sahəsində təcrübəli, təşəbbüskar və nəticəyönümlü Baş Kredit Mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri Aktiv satış fəaliyyətinin təşkili, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi; Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə davamlı əlaqələrin qurulması; Müştəri müraciətlərinin qəbulu, maliyyə imkanlarının təhlili, kredit komitəsinə təqdim edilməsi və rəsmiləşdirilməsi; Yeni kredit məhsulları və effektiv satış metodları üzrə təkliflərin hazırlanması; Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayət və müraciətlərin operativ araşdırılması; Kreditləşmə prosesinə aid sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət. Namizədə dair tələblər Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Ali və ya natamam ali təhsil; Güclü ünsiyyət və təqdimetmə bacarığı; Yüksək satış qabiliyyəti və müştəriyönümlü yanaşma; Fərdi və komanda şəklində işləmək bacarığı; Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı; Bank, bank olmayan kredit təşkilatları və xüsusilə lombard sahəsində iş təcrübəsi üstünlükdür. Sizi nə gözləyir? Rəqabətqabiliyyətli gəlir və nəticəyə əsaslanan bonus sistemi! Başlanğıc kateqoriya: 400 AZN sabit əməkhaqqı + 800 AZN bonus = 1 200 AZN-dək aylıq gəlir Yuxarı kateqoriya: 600 AZN sabit əməkhaqqı + 1 200 AZN bonus = 1 800 AZN-dək aylıq gəlir İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00. Müraciət qaydası Əgər bu vakansiyanın tələblərinə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “Baş Kredit Mütəxəssisi” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərin: vakansiya@glasc.az Yalnız ilkin tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur. Karyeranızda növbəti addımı atın – komandamızın bir hissəsi olun!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.