Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil(Hüquq);
Korporativ və
kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan
Respublikasının əsas normativ-hüquqi aktları, o cümlədən Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, habelə
müvafiq qanunvericilik üzrə dərin biliklər;
Hüquqi audit, compliance və
ya proseslərin standartlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur;
Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə
üzrə praktiki təcrübə;
Azərbaycan dili – mükəmməl (şifahi və yazılı
hüquqi sənədləşmə); İngilis dili – peşəkar səviyyədə (müqavilələrin hazırlanması, yazışma və danışıqlar), Rus dili –
üstünlük hesab olunur.
MS Office (Word, Excel), Bitrix24 və ya analoji
task/CRM sistemlərində sərbəst işləmək; legal tech və süni intellekt alətlərindən istifadə təcrübəsi üstünlük hesab
olunur.
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş törəmə şirkətlərin rəhbərliyi və struktur bölmələrindən daxil olan
korporativ və kommersiya-hüquqi sorğuların qəbulu, prioritetləşdirilməsi və müəyyən olunmuş müddətlərdə
icrası;
Standart sorğuların müstəqil bağlanması; mürəkkəb, yüksək riskli
və ya konfidensial məsələlərin ilkin hüquqi təhlillə birlikdə şöbə rəhbərinə eskalasiyası;
Təchizat, distribusiya, podrat, xidmət, icarə, alqı-satqı, logistika, IT və digər
müqavilələrin, əlavə sazişlərin hazırlanması, hüquqi ekspertizası və redaktəsi;
Yerli və xarici kontragentlərlə danışıqlarda iştirak və şirkətin hüquqi mövqeyinin
müdafiəsi;
Qrupdaxili əqdlərin və xidmət müqavilələrinin
rəsmiləşdirilməsi;
Etibarnamələrin, rəsmi məktubların, pretenziyaların və
dövlət orqanlarına müraciətlərin hazırlanması;
Səhmdarların
(təsisçilərin) ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti qərarlarının, gündəliklərin və protokolların
hazırlanması;
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinə
dəyişikliklərin hazırlanması, onların dövlət qeydiyyatının təmin edilməsi;
Holdinq üzrə vahid korporativ reyestrin (hüquqi şəxslər, nizamnamələr, səhmdar qərarları,
etibarnamələr, idarəetmə orqanlarının səlahiyyət müddətləri) aktual saxlanması;
Daxili normativ aktların (əsasnamə, siyasət, prosedur) hazırlanması və hüquqi
ekspertizası;
Standart müqavilə şablonlarının, playbook-ların,
checklist-lərin və sorğu qəbulu (intake) qaydalarının hazırlanması və törəmə şirkətlərdə
tətbiqi;
Hüquq şöbəsinin xidmət kataloqu, xidmət müddətləri (SLA) və
hesabatlılıq modelinin tətbiqində iştirak;
Hüquqi auditlər: əvvəlki
auditlərin tapıntılarının bağlanması, sağlamlaşdırma planlarının icrasına nəzarət, yeni auditlərin keçirilməsində
iştirak;
Qanunvericilik dəyişikliklərinin izlənilməsi, onların törəmə
şirkətlərin fəaliyyətinə təsirinin təhlili və təkliflərin hazırlanması;
Maliyyə, HR, logistika, satınalma və digər bölmələrlə qrupdaxili əməliyyatlar və korporativ
dəyişikliklər üzrə koordinasiya;
Yeni holdinq siyasətlərinin və hüquqi
qaydaların törəmə şirkətlərə izah edilməsi, qısa təlimlərin keçirilməsi;
Kənar hüquq məsləhətçiləri cəlb edildikdə işin koordinasiyası;
Şöbə rəhbərinin tapşırığı ilə onun olmadığı müddətdə korporativ istiqamət üzrə cari işlərin
icrasının təmin edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları:
08:30-17:30.
İş yeri: Port Baku Tower 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ
işlər üzrə aparıcı hüquqşünas” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri
vəya https://careers.ram.az/?vacancy=2686&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız
tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
