Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ALS Law Company

Korporativ müqavilələr üzrə hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Namizədə tələblər 1 ilədək iş təcrübəsi; Ali təhsil, hüquqşünas ixtisası üzrə; Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzuolunandır; MS Office proqramlarından (Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadə bacarığı; Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı; Biznes etikası və biznes görünüşə sahib olmalıdır; Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, eləcə də mülki, mülki-prosessual, əmək, vergi və inzibati hüququn əsaslarını dərindən bilməlidir; Yeni bilik və bacarıqları inkişaf etdirməyə həvəsli olmalıdır; Elan yalnız xanım namizədlər üçün nəzərdə tutulmuşdur. İş barədə məlumat Hüquqi sənədlərin, o cümlədən məktub və müqavilələrin hazırlanması; Şirkətin struktur bölmələrindən daxil olan sorğuların cavablandırılması və ehtiyac olduqda hüquqi dəstək göstərilməsi; Sənədlərin hüquqi ekspertizasının aparılması və lazım gəldikdə rəy verilməsi; Razılaşma üçün şöbəyə təqdim olunan əsasnamə, müqavilə və digər hüquqi sənədlərin, eləcə də onların layihələrinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanması; Korporativ idarəetmə məsələləri üzrə işlərin icrası, qərarlar, nizamnaməyə dəyişikliklər və digər sənədlərin hazırlanması. İş şəraiti İş qrafiki: Bazar ertəsi - Cümə; Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə; Əmək haqqı: 800 manat (net); İş yeri: Ofis, Bakı. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Şəkilli CV-lərin yuxarıda qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.