Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Korporativ
müştərilər, tərəfdaşlar və xidmət təminatçıları ilə müqavilələrin
hazırlanması və tərtib edilməsi.
Şirkətin
maraqlarına uyğun olaraq müxtəlif növ müqavilələrin hazırlanması və
razılaşdırılması.
Müqavilə
şərtlərinin təhlili, hüquqi risklərin müəyyən edilməsi və onların minimuma
endirilməsi ilə bağlı təkliflərin hazırlanması.
Şirkətin
fəaliyyəti üçün zəruri olan hüquqi sənədlərin, məktubların, sazişlərin,
etibarnamələrin və digər sənədlərin hazırlanması.
Rəhbərliyin
və əməkdaşların cari hüquqi məsələlərlə bağlı məsləhətləndirilməsi.
Namizədə tələblər:
Ali
hüquq təhsili.
Hüquq
sahəsində 3 ilədək iş təcrübəsi.
Müqavilələrin
hazırlanması, yoxlanılması və razılaşdırılması üzrə praktiki təcrübə.
Mülki
və korporativ hüquq sahəsində yaxşı bilik.
Hüquqi
təhlil və sənədlərlə işləmək bacarığı.
Yaxşı
kommunikasiya bacarıqları, işgüzar yazışmaların aparılması və danışıqların
həyata keçirilməsi bacarığı.
Azərbaycan
və rus dillərini bilmək arzuolunandır.
İş şəraiti:
Beşgünlük
iş həftəsi : 10:00–18:00.
İş
yeri: Bakı, Babək Plaza.
Əmək
haqqı: 1500 AZN net.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
