Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Prior Leasing

Korporativ işlər üzrə aparıcı hüquqşünas

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

Namizədə olan tələblər: Ali təhsil(Hüquq); Korporativ hüquq, müqavilə hüququ və ya maliyyə sektorunun hüquqi müşayiəti sahəsində minimum 3 il iş təcrübəsi; Bank və lizinq şirkətlərində hüquqi iş təcrübəsi arzu olunandır; Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə; MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı. Vəzifə öhdəlikləri: Lizinq, kredit, xidmət, əməkdaşlıq və digər mülki-hüquqi müqavilələrin, əlavə sazişlərin və hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması; Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin araşdırılması, qanunvericiliyin tətbiqi üzrə əsaslandırılmış yazılı hüquqi rəylərin hazırlanması; Müqavilə və əməliyyat modelləri üzrə hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üçün alternativ həll variantlarının təqdim edilməsi; Lizinq fəaliyyəti, bank olmayan kredit təşkilatları və maliyyə sektoru ilə bağlı hüquqi məsələlərin təhlili; Səhmdarların ümumi yığıncağının, idarəetmə orqanlarının qərarlarının, protokollarının və digər korporativ sənədlərin hazırlanması; Nizamnamələrin, daxili qaydaların, prosedurların, əsasnamələrin və digər daxili normativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi; Şirkətin struktur bölmələrindən daxil olan hüquqi sorğuların araşdırılması, hüquqi mövqenin və müvafiq tövsiyələrin formalaşdırılması; Yeni məhsulların, biznes proseslərinin və əməkdaşlıq modellərinin hüquqi baxımdan qiymətləndirilməsi; Korporativ dəyişikliklər, dövlət qeydiyyatı və digər hüquqi rəsmiləşdirmə proseslərinin hüquqi müşayiəti; Dövlət orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla hüquqi məsələlər üzrə yazışmaların və müraciətlərin hazırlanması; Lizinq, bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin təhlili və zəruri tədbirlərlə bağlı təkliflərin hazırlanması; Müqavilələrdə və digər hüquqi sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması; Hüquqi tapşırıqların icra vəziyyətinin izlənilməsi və görülmüş işlər barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi; Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər hüquqi tapşırıqların yerinə yetirilməsi. İş şərtlərimiz: İş qrafiki: 5 günlük; İş saatları: 08:30-17:30. İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.