Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil(Hüquq);
Korporativ və kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əsas normativ-hüquqi aktları, o cümlədən Mülki, İnzibati Xətalar, Əmək və Vergi məcəllələri, habelə müvafiq qanunvericilik üzrə dərin biliklər;
Hüquqi audit, compliance və ya proseslərin standartlaşdırılması layihələrində iştirak təcrübəsi üstünlük hesab olunur;
Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
Azərbaycan dili – mükəmməl (şifahi və yazılı hüquqi sənədləşmə); İngilis dili – peşəkar səviyyədə (müqavilələrin hazırlanması, yazışma və danışıqlar), Rus dili – üstünlük hesab olunur.
MS Office (Word, Excel), Bitrix24 və ya analoji task/CRM sistemlərində sərbəst işləmək; legal tech və süni intellekt alətlərindən istifadə təcrübəsi üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
Təhkim olunmuş törəmə şirkətlərin rəhbərliyi və struktur bölmələrindən daxil olan korporativ və kommersiya-hüquqi sorğuların qəbulu, prioritetləşdirilməsi və müəyyən olunmuş müddətlərdə icrası;
Standart sorğuların müstəqil bağlanması; mürəkkəb, yüksək riskli və ya konfidensial məsələlərin ilkin hüquqi təhlillə birlikdə şöbə rəhbərinə eskalasiyası;
Təchizat, distribusiya, podrat, xidmət, icarə, alqı-satqı, logistika, IT və digər müqavilələrin, əlavə sazişlərin hazırlanması, hüquqi ekspertizası və redaktəsi;
Yerli və xarici kontragentlərlə danışıqlarda iştirak və şirkətin hüquqi mövqeyinin müdafiəsi;
Qrupdaxili əqdlərin və xidmət müqavilələrinin rəsmiləşdirilməsi;
Etibarnamələrin, rəsmi məktubların, pretenziyaların və dövlət orqanlarına müraciətlərin hazırlanması;
Səhmdarların (təsisçilərin) ümumi yığıncağı, Müşahidə Şurası və İdarə Heyəti qərarlarının, gündəliklərin və protokolların hazırlanması;
Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinə dəyişikliklərin hazırlanması, onların dövlət qeydiyyatının təmin edilməsi;
Holdinq üzrə vahid korporativ reyestrin (hüquqi şəxslər, nizamnamələr, səhmdar qərarları, etibarnamələr, idarəetmə orqanlarının səlahiyyət müddətləri) aktual saxlanması;
Daxili normativ aktların (əsasnamə, siyasət, prosedur) hazırlanması və hüquqi ekspertizası;
Standart müqavilə şablonlarının, playbook-ların, checklist-lərin və sorğu qəbulu (intake) qaydalarının hazırlanması və törəmə şirkətlərdə tətbiqi;
Hüquq şöbəsinin xidmət kataloqu, xidmət müddətləri (SLA) və hesabatlılıq modelinin tətbiqində iştirak;
Hüquqi auditlər: əvvəlki auditlərin tapıntılarının bağlanması, sağlamlaşdırma planlarının icrasına nəzarət, yeni auditlərin keçirilməsində iştirak;
Qanunvericilik dəyişikliklərinin izlənilməsi, onların törəmə şirkətlərin fəaliyyətinə təsirinin təhlili və təkliflərin hazırlanması;
Maliyyə, HR, logistika, satınalma və digər bölmələrlə qrupdaxili əməliyyatlar və korporativ dəyişikliklər üzrə koordinasiya;
Yeni holdinq siyasətlərinin və hüquqi qaydaların törəmə şirkətlərə izah edilməsi, qısa təlimlərin keçirilməsi;
Kənar hüquq məsləhətçiləri cəlb edildikdə işin koordinasiyası;
Şöbə rəhbərinin tapşırığı ilə onun olmadığı müddətdə korporativ istiqamət üzrə cari işlərin icrasının təmin edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları: 08:30-17:30.
İş yeri: Port Baku Tower 2.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri
və ya https://careers.ram.az/?vacancy=2686&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
