Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil(Hüquq);
Korporativ hüquq, müqavilə hüququ və ya maliyyə sektorunun hüquqi müşayiəti sahəsində minimum 3 il iş təcrübəsi;
Bank və lizinq şirkətlərində hüquqi iş təcrübəsi arzu olunandır;
Müqavilə, prosedur və qaydaların hazırlanması, hüquqi ekspertizası və korporativ sənədləşmə üzrə praktiki təcrübə;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Lizinq, kredit, xidmət, əməkdaşlıq və digər mülki-hüquqi müqavilələrin, əlavə sazişlərin və hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması;
Şirkətin fəaliyyəti ilə bağlı hüquqi məsələlərin araşdırılması, qanunvericiliyin tətbiqi üzrə əsaslandırılmış yazılı hüquqi rəylərin hazırlanması;
Müqavilə və əməliyyat modelləri üzrə hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması üçün alternativ həll variantlarının təqdim edilməsi;
Lizinq fəaliyyəti, bank olmayan kredit təşkilatları və maliyyə sektoru ilə bağlı hüquqi məsələlərin təhlili;
Səhmdarların ümumi yığıncağının, idarəetmə orqanlarının qərarlarının, protokollarının və digər korporativ sənədlərin hazırlanması;
Nizamnamələrin, daxili qaydaların, prosedurların, əsasnamələrin və digər daxili normativ sənədlərin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
Şirkətin struktur bölmələrindən daxil olan hüquqi sorğuların araşdırılması, hüquqi mövqenin və müvafiq tövsiyələrin formalaşdırılması;
Yeni məhsulların, biznes proseslərinin və əməkdaşlıq modellərinin hüquqi baxımdan qiymətləndirilməsi;
Korporativ dəyişikliklər, dövlət qeydiyyatı və digər hüquqi rəsmiləşdirmə proseslərinin hüquqi müşayiəti;
Dövlət orqanları, Azərbaycan Respublikasının Mərkəzi Bankı və digər aidiyyəti qurumlarla hüquqi məsələlər üzrə yazışmaların və müraciətlərin hazırlanması;
Lizinq, bank və bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilikdə dəyişikliklərin izlənilməsi, onların şirkətin fəaliyyətinə təsirinin təhlili və zəruri tədbirlərlə bağlı təkliflərin hazırlanması;
Müqavilələrdə və digər hüquqi sənədlərdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
Hüquqi tapşırıqların icra vəziyyətinin izlənilməsi və görülmüş işlər barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi;
Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər hüquqi tapşırıqların yerinə yetirilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları: 08:30-17:30.
İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ işlər üzrə aparıcı hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
