Vakansiya haqqında
Vəzifə və öhdəliklər:
Müvəqqəti yolun tikintisi üzrə aparılan bütün mülki inşaat işlərinin təsdiq edilmiş
layihə sənədlərinə, texniki spesifikasiyalara, işçi cizgilərə və qüvvədə olan standartlara uyğunluğuna nəzarət
etmək;
Yol tikintisi zamanı torpaq işləri, qazıntı, əsasın hazırlanması,
geotekstil və geogrid materiallarının döşənməsi, karbonat və çınqıl qatlarının sərilməsi və sıxlaşdırılması
proseslərinə keyfiyyət nəzarətini həyata keçirmək;
Tikinti-quraşdırma
işlərinin təsdiq edilmiş İcraat Bəyanatlarına (Method Statement) və Yoxlama və Sınaq Planlarına (ITP) uyğun yerinə
yetirilməsini təmin etmək;
Yolun layihə üzrə eni, hündürlük səviyyələri,
qat qalınlıqları, maillikləri və digər texniki göstəricilərinin uyğunluğunu yoxlamaq;
Torpaq və yol tikintisi materialları üzrə laboratoriya sınaqlarının təşkilinə və nəticələrinin
qiymətləndirilməsinə nəzarət etmək;
Sıxlaşdırma, materialların dənəvərlik
tərkibi, nəmlik və digər müvafiq sınaqların layihə tələblərinə uyğun aparılmasını izləmək;
Mülki sınaq laboratoriyaları ilə koordinasiyanı təmin etmək, laboratoriya hesabatlarını və
sınaq protokollarını yoxlamaq;
Tikinti sahəsinə daxil olan materialların
keyfiyyət sertifikatlarını, mənşə sənədlərini və texniki göstəricilərini yoxlamaq;
İşlərin mərhələlər üzrə yoxlanılmasını təşkil etmək, yoxlama sorğularını (Inspection Request –
IR) hazırlamaq və müvafiq təsdiqləri izləmək;
Aşkar edilmiş
uyğunsuzluqları qeydiyyata almaq, Uyğunsuzluq Hesabatlarını (NCR) hazırlamaq və düzəldici tədbirlərin icrasına
nəzarət etmək;
Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və
müvafiq QC hesabatlarını hazırlamaq;
Ölçü və sınaq avadanlıqlarının
kalibrləmə sənədlərinin qüvvədə olmasını yoxlamaq;
Sifarişçi, podratçı,
subpodratçılar və laboratoriya nümayəndələri ilə keyfiyyət məsələləri üzrə koordinasiyanı təmin
etmək;
Tikinti sahəsində daxili və xarici keyfiyyət auditlərində iştirak
etmək;
Layihənin yekun keyfiyyət sənədlərinin, yoxlama aktlarının və
təhvil-təslim sənədlərinin hazırlanmasında iştirak etmək;
Vəzifəsinin
icrası ilə əlaqədar birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Mülki mühəndislik, inşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali
təhsil;
Mülki inşaat sahəsində keyfiyyətə nəzarət üzrə minimum 5
il iş təcrübəsi;
Yol tikintisi layihələrində praktiki iş
təcrübəsi;
Mülki sınaq laboratoriyaları ilə işləmək və laboratoriya
sınaqlarının nəticələrini qiymətləndirmək bacarığı;
Torpaq işləri, yol
əsaslarının hazırlanması, materialların sıxlaşdırılması və keyfiyyət göstəricilərinin yoxlanılması üzrə texniki
biliklər;
Method Statement, ITP, IR, NCR və digər keyfiyyət sənədləri ilə
işləmək bacarığı;
Tikinti işçi cizgilərini, texniki spesifikasiyaları və
müvafiq standartları oxumaq və tətbiq etmək bacarığı;
Keyfiyyətə nəzarət
üzrə beynəlxalq və yerli normativ sənədlər haqqında biliklər;
Microsoft
Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində
sərbəst ünsiyyət və hesabatvermə bacarığı;
İngilis dili biliyi
üstünlükdür;
Yüksək məsuliyyət, diqqətlilik, təşkilatçılıq və komandada
işləmək bacarığı;
Layihə sahəsində işləməyə hazır
olmaq.
İş şəraiti:
İş yeri: Salyan rayonu – Qarabağ Layihəsi, Müvəqqəti yolun
çəkilişi;
Müqavilə müddəti: 3 ay, layihənin ehtiyaclarına uyğun olaraq
uzadılması mümkündür;
Əməkhaqqı: Namizədin təcrübəsi və peşəkar bilikləri
əsasında müsahibə zamanı müəyyən ediləcək.
Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində
“Keyfiyyətə Nəzarət (QC) üzrə Mülki İnşaat Müfəttişi (Sahə)” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt elektron ünvanına göndərə bilərlər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
