Vakansiya haqqında
Vəzifə haqqında:
Qəbələdə PepsiCo məhsullarının istehsalında xammaldan hazır məhsula qədər keyfiyyətə nəzarət edəcək, fiziki-kimyəvi yoxlamalar aparacaq və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsini izləyəcək Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
PepsiCo məhsulları üçün xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının keyfiyyətini yoxlamaq;
İstehsal mərhələlərində nümunələr götürmək, Brix, pH, turşuluq və CO₂ göstəricilərinə nəzarət etmək;
Hazır məhsulun dolum həcmini, qablaşdırma bütövlüyünü, etiketlənmə və markalanmasını yoxlamaq;
İstehsal və dolum sahələrində GMP, HACCP, gigiyena və sanitariya tələblərinə nəzarət etmək;
Uyğunsuzluqları sənədləşdirmək, riskləri vaxtında bildirmək və düzəldici tədbirləri izləmək;
Mikrobioloji nümunələrin analizə göndərilməsini təşkil etmək və nəticələri izləmək;
Yoxlama nəticələrini qeyd etmək, hesabatlar hazırlamaq və əlaqədar komandalarla əməkdaşlıq etmək.
Namizədə tələblər:
Qida texnologiyası, kimya, biologiya və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
Qida və içki istehsalında keyfiyyətə nəzarət üzrə ilkin bilik; istehsal təcrübəsi üstünlükdür.
Bilik və bacarıqlar:
Nümunə götürmə, Brix, pH, turşuluq, CO₂ və qablaşdırma yoxlamaları barədə anlayış;
GMP, HACCP və qida təhlükəsizliyi tələblərinə bələdlik; MS Excel ilə işləmək bacarığı;
Azərbaycan dili mütləqdir; rus və ingilis dillərini bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər:
Detallara diqqət və məsuliyyətlilik
Komandada işləmək və ünsiyyət bacarığı
Öyrənməyə və inkişafa açıqlıq
Uyğunsuzluqları vaxtında müəyyənləşdirmək bacarığı
İş şəraiti və imkanlar:
İş yeri: Qəbələ (yerli namizədlərə üstünlük verilir);
İşə başlamazdan əvvəl Bakı zavodunda bir neçə həftəlik praktiki təlim;
PepsiCo istehsal sahəsində daimi iş imkanı;
Şirkət siyasətinə uyğun əməkhaqqı və mükafatlandırma;
Peşəkar inkişaf və beynəlxalq standartlarla işləmək imkanı.
Müraciət etmək istəyirsiniz?
Tələblərə uyğunsunuzsa, CV-nizi və əməkhaqqı gözləntinizi aşağıdakı müraciət forması vasitəsilə göndərin:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
