Vakansiya haqqında
Təsvir
Anbara daxil olan məhsulların keyfiyyət və orqanoleptik göstəricilərini, etiket məlumatlarını və daşınma şəraitini yoxlamaq
Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlara uyğunluğunu yoxlamaq
Tələb olunan nümunələri hazırlamaq və təhvil vermək
Anbar ərazisində təsdiq olunmuş plana uyğun keyfiyyət yoxlamalarını icra etmək
Yoxlamaların nəticələrinə əsasən hesabatlar hazırlamaq və təqdim etmək
Personalın gigiyena tələblərinə əməl etməsinə nəzarət etmək
Standartlara uyğunluq və mövcud keyfiyyət sistemlərinin tətbiqinə nəzarət etmək
Növbəli iş qrafiki
Tələblər
Təhsil: Qida mühəndisliyi, Qida təhlükəsizliyi, Kimya və ya əlaqəli sahələr üzrə ali təhsil;
Təcrübə: Keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi;
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər;
Peşəkar biliklər: Qida təhlükəsizliyi standartları (HACCP, ISO 22000), məhsulların keyfiyyət göstəriciləri və saxlanma şərtləri üzrə biliklər;
Şəxsi keyfiyyətlər: Diqqətlilik, məsuliyyətlilik, analitik düşünmə, operativ qərarvermə və komandada işləmək bacarığı;
İş qrafiki: Növbəli iş rejimində işləmək imkanı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
korporativ nömrə ilə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
