Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

OBA marketlər şəbəkəsi

Anbarlar üzrə Keyfiyyətə Nəzarət Bölmə Müdiri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələbləri ilə bağlı daxili normativ sənədləri hazırlamaq Anbarlarda Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiq edilməsinə nəzarət etmək Anbarlarda aşkar edilən uyğunsuzluqların kök səbəblərinin araşdırılması və düzəldici fəaliyyətinin icrasının nəzarətdə saxlanılması Soyuq və donuq məhsulları daşıyan n/v -in root-lar üzrə hərəkətini və temperatur göstəricilərini izləmək və hesabatın hazırlanması. Daxili BLOK məhsulların hərəkətini izləmək. AQTA nümunələri reyslərinin izlənilməsi , AKT-rın toplanılması və hesabatların hazırlanması. Məhsulların anbarlar üzrə FEFO qaydalarına uyğun çıxışının nəzarətdə saxlanılması Anbarlar üzrə yararlılıq müddətinə az qalmış məhsulların siyahısını gündəlik olaraq üst təhbərliklə paylaşmaq Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək. Qəbul edilən mallara, aparılan yoxlamalara dair hesabatlar hazırlamaq. Anbarlar üzrə uyğunsuzluq hesabatlarına dair ümumi reyestrin hazırlanması. Fəaliyyətinə dair risklərin müəyyən edilməsi Standartın tələblərindən irəli gələn digər nəzarət formalarının və ya təlimatların hazırlanmasını təmin etmək İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək İş qrafiki: 5 gün, 09:00-18:00 Tələblər Təhsil: Ali (Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya və ya əlaqəli sahələr üzrə) Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində minimum 3-4 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür; ISO 22000, HACCP, GMP və GHP standartları üzrə biliklər; Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sistemlərinin tətbiqi və idarə olunması üzrə təcrübə; Daxili auditlərin təşkili, uyğunsuzluqların təhlili və düzəldici tədbirlərin idarə edilməsi bacarığı; Anbar, logistika və məhsulların saxlanma şəraiti üzrə biliklər; MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik; Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı; Komandanı idarəetmə, iş bölgüsü və nəzarət bacarığı; Güclü ünsiyyət, liderlik və təşkilatçılıq bacarıqları. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Servislə təmin olunur korporativ nömrə ilə təmin olunur Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.