Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Carlsberg Azerbaijan →

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Qəbələ şəhəri)

Razılaşma yolu ilə

QəbələMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr PepsiCo məhsulları üçün xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının keyfiyyətini yoxlamaq; İstehsal mərhələlərində nümunələr götürmək, Brix, pH, turşuluq və CO₂ göstəricilərinə nəzarət etmək; Hazır məhsulun dolum həcmini, qablaşdırma bütövlüyünü, etiketlənmə və markalanmasını yoxlamaq; İstehsal və dolum sahələrində GMP, HACCP, gigiyena və sanitariya tələblərinə nəzarət etmək; Uyğunsuzluqları sənədləşdirmək, riskləri vaxtında bildirmək və düzəldici tədbirləri izləmək; Mikrobioloji nümunələrin analizə göndərilməsini təşkil etmək və nəticələri izləmək; Yoxlama nəticələrini qeyd etmək, hesabatlar hazırlamaq və əlaqədar komandalarla əməkdaşlıq etmək. Tələblər Qida texnologiyası, kimya, biologiya və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili; Qida və içki istehsalında keyfiyyətə nəzarət üzrə ilkin bilik; istehsal təcrübəsi üstünlükdür. Nümunə götürmə, Brix, pH, turşuluq, CO₂ və qablaşdırma yoxlamaları barədə anlayış; GMP, HACCP və qida təhlükəsizliyi tələblərinə bələdlik; MS Excel ilə işləmək bacarığı; Azərbaycan dili mütləqdir; rus və ingilis dillərini bilmək üstünlükdür. Detallara diqqət və məsuliyyətlilik Komandada işləmək və ünsiyyət bacarığı Öyrənməyə və inkişafa açıqlıq Uyğunsuzluqları vaxtında müəyyənləşdirmək bacarığı İş yeri: Qəbələ (yerli namizədlərə üstünlük verilir); İşə başlamazdan əvvəl Bakı zavodunda bir neçə həftəlik praktiki təlim; PepsiCo istehsal sahəsində daimi iş imkanı; Şirkət siyasətinə uyğun əməkhaqqı və mükafatlandırma; Peşəkar inkişaf və beynəlxalq standartlarla işləmək imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.