Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

MIlla

Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Bəy namizəd)

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Süd və süd məhsullarının mikrobioloji, fiziki-kimyəvi və digər keyfiyyət göstəricilərinin yoxlanılması; Laboratoriya analizlərinin aparılması və nəticələrin qeydə alınması; İstehsalat prosesində keyfiyyət göstəricilərinə nəzarət edilməsi; İstehsalat sahəsində gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət olunmasının yoxlanılması; HACCP, ISO 9001 və FSSC 22000 standartları üzrə prosedur və sənədləşmə işlərinin aparılması; Mikrobiologiya laboratoriyasının və keyfiyyət sisteminin fəaliyyətinə dəstək göstərilməsi; İstehsalat prosesi və müvafiq şöbələrlə koordinasiyanın təmin edilməsi; Laboratoriyada təhlükəsizlik qaydalarına və kimyəvi maddələrlə iş tələblərinə riayət edilməsi. Tələblər Qida texnologiyası, biologiya və ya qablaşdırma texnologiyası üzrə ali təhsil; İş təcrübəsi olmayan və ya 1 ilədək iş təcrübəsi olan namizədlər müraciət edə bilərlər; Azərbaycan dilini bilmək, ingilis dili biliyi üstünlükdür; Kompüter üzrə ilkin biliklər; HACCP, qida təhlükəsizliyi və ISO standartları üzrə biliklər arzuolunandır; Laboratoriya şəraitində və növbəli iş rejimində işləmək bacarığı. Vakansiya üzrə 1 nəfər kişi namizəd tələb olunur; İş qrafiki növbəlidir, həftədə 2 istirahət günü nəzərdə tutulur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.