Vakansiya haqqında
Vəzifəyə tələblər:
Ali və ya orta ixtisas texniki təhsil;
İstilik Elektrik Mərkəzi (İEM) sahəsində minimum 3–5 il iş təcrübəsi;
Yüksək analitik düşünmə və problem həll etmə bacarığı;
Operativ qərarvermə və komandanı idarəetmə bacarığı;
Xarici dil bilikləri əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
İEM-in bütün struktur bölmələrinin, o cümlədən qazan-turbin sahəsinin, elektrik
bölməsinin, kimyəvi su təmizləmə sexinin, avtomatika sistemlərinin (NÖC və A) və mazut təsərrüfatının əlaqəli və
fasiləsiz fəaliyyətini təmin etmək;
İstehsalatın tələbatına uyğun olaraq
mazutun, texnoloji buxarın, isti suyun və elektrik enerjisinin müəyyən edilmiş təzyiq, temperatur və keyfiyyət
parametrlərinə uyğun fasiləsiz təchizatını və tənzimlənməsini təşkil etmək;
Avadanlıqlarda nasazlıq və ya qəza halları (qaz sızması, buxar kəmərlərində zədələnmə,
elektrik şəbəkəsində enerjinin kəsilməsi və s.) baş verdikdə operativ heyətin fəaliyyətinə rəhbərlik etmək, qəza
vəziyyətinin təhlükəsiz şəkildə lokallaşdırılmasını təmin etmək, aidiyyəti istehsalat sahələrini məlumatlandırmaq və
rəhbərliyə operativ hesabat vermək;
İEM-in əsas və köməkçi
avadanlıqlarının, o cümlədən buxar qazanlarının, buxar turbinlərinin, kimyəvi su təmizləmə qurğularının və mazut
təsərrüfatı kompleksinin cari, orta və əsaslı təmir işlərinin təsdiq edilmiş qrafiklərə, texnoloji reqlamentlərə və
sənaye təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
Mazut təsərrüfatına aid çənlərin, qızdırıcıların, nasosların, süzgəclərin və boru xətlərinin
texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin
etmək;
Növbə ərzində baş verən əməliyyatlar, avadanlıqların texniki
vəziyyəti və qeydə alınan nasazlıqlar barədə müvafiq növbə hesabatlarının hazırlanmasını və təhvil-təslim prosesinin
düzgün aparılmasını təmin etmək.
İş vaxtının norması:
İş qrafiki: Növbəli
İş yeri:
İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “İstilik Elektrik Mərkəzi
üzrə Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
