Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Ravy Property

Elektrik mühəndisi / Electrical Engineer

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri: Binanın elektrik və enerji təchizatı sistemlərinin fasiləsiz, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək. 0.4 kV və 35 kV elektrik sistemlərinin, transformator yarımstansiyalarının, generator, UPS və elektrik paylayıcı lövhələrin texniki vəziyyətinə nəzarət etmək. Elektrik avadanlıqları, kabel xətləri, torpaqlama və ildırımdan mühafizə sistemlərinin işləkliyini yoxlamaq. Ümumi istifadə sahələrinin, texniki otaqların, avtodayanacağın və digər sahələrin elektrik və işıqlandırma sistemlərinin istismarına nəzarət etmək. Lift, nasosxana, yanğın siqnalizasiya və fövqəladə işıqlandırma sistemlərinin elektrik təchizatının etibarlılığını təmin etmək. Elektrik sistemləri üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək. Elektrik avadanlıqlarında yaranan nasazlıqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılmasını təşkil etmək. Generator və UPS sistemlərinin mütəmadi sınaqlarını təşkil etmək, ehtiyat enerji mənbələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək. Elektrik yüklərinin balansına, enerji sərfiyyatına və sayğac göstəricilərinə nəzarət etmək, enerji səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq. Elektrik layihələrini və texniki sxemləri yoxlamaq, yeni avadanlıqların quraşdırılması və istismara verilməsinə texniki nəzarət etmək. Elektrik texniki heyətinin və podratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək. Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək. Texniki xidmət, təmir və istismar işlərinə dair sənədləşməni aparmaq, görülmüş işlər və mövcud problemlər barədə rəhbərliyə hesabat təqdim etmək. Vəzifənin ilkin tələbləri: Elektrik mühəndisliyi və ya energetika üzrə ali texniki təhsil. Elektrik sistemlərinin istismarı və texniki xidməti sahəsində 3 - 5 il iş təcrübəsi. 0.4 kV və 35 kV elektrik sistemləri, transformator yarımstansiyaları üzrə praktiki biliklər. Generator, UPS, elektrik paylayıcı lövhələr və avtomatika sistemləri üzrə bilik və təcrübə. Elektrik layihələrini, sxemləri və texniki çertyojları oxumaq bacarığı. Elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması bacarığı. Texniki heyətin və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı. Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarını bilmək. 35 kV elektrik qurğularında müvafiq işlərin görülməsi üçün tələb olunan V ixtisas qrupuna malik olmaq. Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komandada işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.