Vakansiya haqqında
MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli,
təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının
aparılması;
İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların
hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
Yeni
əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
HR siyasət
və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
KPI və
performans qiymətləndirmə proseslərinin təşkili;
Əməkdaşlarla
münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
HR
hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Namizədə dair tələblər:
HR sahəsində 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək
bacarığı;
MS Office proqramlarında sərbəst işləmək
bacarığı.
İş şərtləri:
İş qrafiki: Tam iş günü
Ünvan: Bakı
şəhəri, Nərimanov rayonu, Office Center
Əmək haqqı: 1000 Azn + (Namizədin
bilik və bacarıqlarına əsasən təyin olunacaq)
Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil,
insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin
inkişafına töhfə verən mütəxəssis axtarırıq.
Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə
mütəxəssis” başlığı ilə Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
