Vakansiya haqqında
Əsas öhdəliklər:
İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili;
Vakansiya elanlarının hazırlanması və paylaşılması;
Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi;
İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti;
Tabellərin doldurulması və əmrlərin hazırlanması;
Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət;
Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli
Tələblər:
Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər;
MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
Tabellərlə işləmə bacarığı;
Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə;
Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
