Vakansiya haqqında
Təsvir
Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq
Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin düzgünlüyünü bankdaxili qaydalara uyğun olaraq yoxlamaq, uyğunsuzluq olmadığı halda qeydiyyatını apararaq skan surətini saxlamaq və onların göndərilməsini təmin etmək;
Bankın rəsmi blanklarının (sifariş olunmuş, korlanmış və s.) uçotunu aparmaq;
Möhür və ştamplarla bağlı təchizatçı şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya Bankda mövcud olan eskizlərlə uyğunluğunu, sifarişin detalları (say , növ və s.) barədə məlumatları struktur bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda təsdiqləmək, uyğunsuzluq olduğu halda düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji Rəhbərliyi” nə uyğun olaraq reyestrini işləmək;
Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.
Tələblər
Ali magistr təhsili;
Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
Kompüter bilikləri;
Ofis ləvazimatları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
