Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Shaurma N1 →

Filial müdiri

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Shaurma 1 komandamıza restoranın gündəlik işini səmərəli idarə edən, komandanı düzgün istiqamətləndirən və satış nəticələrinin artımına töhfə verən Filial müdiri axtarırıq. Vəzifə öhdəlikləri Filialın gündəlik fəaliyyətini təşkil etmək və iş proseslərinin fasiləsiz, həmçinin müəyyən olunmuş standartlara uyğun icrasına nəzarət etmək; Satış, gəlirlilik və əməliyyat göstəricilərini izləmək, nəticələrin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmək; Məhsul qalığına, anbar uçotuna, sifarişlərin düzgün hazırlanmasına və itkilərin minimum səviyyədə saxlanmasına nəzarət etmək; Əməkdaşların iş qrafikini, davamiyyətini və növbələr üzrə bölgüsünü təşkil etmək; Komandanın idarə olunmasını, adaptasiyasını, təlimini və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək; Müştəri məmnuniyyətinə nəzarət etmək, şikayət və müraciətləri operativ şəkildə həll etmək; Qida təhlükəsizliyi, sanitariya, gigiyena və əməyin mühafizəsi tələblərinə əməl olunmasını təmin etmək; Kassa əməliyyatlarına, avadanlıqlara və filialın maddi resurslarının qorunmasına nəzarət etmək; Rəhbərliyə gündəlik və dövri hesabatlar təqdim etmək, müəyyən edilmiş hədəflərin icrasını təmin etmək. Namizədə dair tələblər Mütləq tələblər Ali və ya orta ixtisas təhsili; Restoran, ictimai iaşə və ya xidmət sahəsində 2-3 il iş təcrübəsi; Ən azı 1 il idarəetmə və ya rəhbər vəzifədə təcrübə; Restoran əməliyyatları, satış, anbar və komanda idarəçiliyi üzrə biliklər; MS Office, xüsusilə Excel proqramı ilə işləmək bacarığı; Azərbaycan dilində səlis ünsiyyət və hesabat hazırlamaq bacarığı. Üstünlük hesab olunur Fast-food və ya şəbəkə restoranlarında iş təcrübəsi; KPI və satış göstəriciləri əsasında idarəetmə təcrübəsi. Namizəddən gözləntilər Güclü liderlik və komandanı motivasiya etmək bacarığı; Operativ qərarvermə və problem həll etmə qabiliyyəti; Məsuliyyətlilik, intizam və nəticəyönümlülük; Stressə davamlılıq və dinamik iş mühitində işləmək bacarığı; Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları; Növbəli iş rejimində çalışmaq imkanı. Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir. İş prosesinin əsas istiqamətləri Filialın gündəlik fəaliyyətinin planlaşdırılması; Növbələrin və komandanın təşkili; Əməliyyat və xidmət standartlarına nəzarət; Satış və məhsul göstəricilərinin izlənilməsi; Problemlərin həlli və nəticələrin təhlili; Hesabatlılıq və inkişaf tədbirləri. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Filial müdiri

İnternational BOKT

Maaş göstərilməyib

Şəhər
Qarabağ
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İnzibati işlər
Vezife.az Aktiv vakansiya
Ətraflı

Filial müdiri

Shaurma N1

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Otel, İaşə və Turizm
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Filial müdiri

Rifah Group

1500

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Satış, Pərakəndə və Müştəri Xidmətləri
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.