Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

"İnternational" Kredit Təşkilatı

Filial müdiri

BakıMənbə: Boss.az

Vakansiya haqqında

BOKT “INTERNATIONAL” ASC Filial müdiri vəzifəsinə işçi qəbulu elan edir Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb İş qrafiki: - Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Müraciət qaydası: Maraqlanan namizədlərdən CV-lərini vakansiya@ibokt.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn: "Filial müdiri – Şimal". Rəqabətqabiliyyətli əmək haqqı; Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə olunması; Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil edilməsi; Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət; Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi; Filial əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi; Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət; Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil; Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi; Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər; Komandanı idarəetmə və liderlik bacarıqları; Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.