Vakansiya haqqında
BOKT “İNTERNATIONAL” ASC Qarabağ bölgəsində filial müdiri vəzifəsi üzrə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
Filialın gündəlik işlərinin səmərəli təşkili və idarə olunması;
Satış planlarının hazırlanması, icrası və nəticələrinin təhlil edilməsi;
Kredit müraciətlərinin dəyərləndirilməsi və kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi;
Problemli kreditlərin idarə olunması və gecikmələrin minimuma endirilməsi;
Yeni müştərilərin cəlb olunması və mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;
Filial əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, motivasiya edilməsi və peşəkar inkişafının dəstəklənməsi;
Daxili qaydalara, prosedurlara və qanunvericilik tələblərinə əməl olunmasına nəzarət edilməsi;
Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanaraq rəhbərliyə təqdim olunması.
Namizədə tələblər
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 3 il iş təcrübəsi, rəhbər vəzifədə isə ən azı 1 il təcrübə;
Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
Komandanı idarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş qrafiki
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
E-poçtun mövzu hissəsində müraciət edilən bölgə adı qeyd edilməlidir. Məsələn: “Filial müdiri – Qarabağ”.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
