Vakansiya haqqında
BOKT “İNTERNATIONAL” ASCFilial müdirivəzifəsinə işçi
qəbulu elan edir
Bölgələr: Şimal, Cənub, Aran, Qarabağ və Qərb
Vəzifə öhdəlikləri:
Filialın gündəlik fəaliyyətinin səmərəli təşkil edilməsi və idarə
olunması;
Satış planlarının hazırlanması, icrası və nəticələrin təhlil
edilməsi;
Kredit müraciətlərinin qiymətləndirilməsi və kredit portfelinin
keyfiyyətinə nəzarət;
Problemli kreditlərin idarə olunması və
gecikmələrin minimuma endirilməsi;
Yeni müştərilərin cəlb edilməsi və
mövcud müştəri münasibətlərinin inkişaf etdirilməsi;
Filial
əməkdaşlarının işinin koordinasiyası, motivasiyası və peşəkar inkişafının təmin edilməsi;
Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasına
nəzarət;
Filialın maliyyə və əməliyyat göstəriciləri üzrə müntəzəm
hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
Maliyyə, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali
təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında minimum 3
il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
Kredit məhsulları, kredit riskləri və satış prosesləri üzrə biliklər;
Komandanı idarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə qabiliyyəti;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Şirkət təklif edir:
Rəqabətqabiliyyətli əmək haqqı;
Bonus və
motivasiya sistemi;
Əmək qanunvericiliyinə uyğun
rəsmiləşdirmə;
Peşəkar inkişaf və karyera yüksəlişi
imkanları;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Maraqlanan namizədlərdən CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
E-poçtun mövzu hissəsində müraciət etdikləri bölgə adı qeyd edilməlidir. Məsələn:
"Filial müdiri – Şimal".
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
