Vakansiya haqqında
Shaurma 1 komandamıza qoşulmaq üçün restoranın gündəlik fəaliyyətini effektiv idarə edə,
komandanı düzgün yönləndirə və satış göstəricilərinin yüksəldilməsini təmin edə bilən “Filial müdiri”
axtarışındayıq.
Vəzifə öhdəlikləri
Filialın gündəlik fəaliyyətini təşkil etmək, iş proseslərinin fasiləsiz və
standartlara uyğun icrasına nəzarət etmək;
Satış, gəlirlilik və əməliyyat
göstəricilərini izləmək, nəticələrin yaxşılaşdırılması üçün tədbirlər görmək;
Məhsul qalığına, anbar uçotuna, sifarişlərin düzgünlüyünə və itkilərin minimuma endirilməsinə
nəzarət etmək;
Əməkdaşların iş qrafikini, davamiyyətini və növbələr üzrə
iş bölgüsünü təşkil etmək;
Komandanın idarə olunmasını, adaptasiyasını,
təlimini və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək;
Müştəri
məmnuniyyətinə nəzarət etmək, şikayət və müraciətləri operativ həll etmək;
Qida təhlükəsizliyi, sanitariya, gigiyena və əməyin mühafizəsi tələblərinə riayət olunmasını
təmin etmək;
Kassa əməliyyatlarına, avadanlıqların və filialın maddi
resurslarının qorunmasına nəzarət etmək;
Rəhbərliyə gündəlik və dövri
hesabatlar təqdim etmək, müəyyən edilmiş hədəflərin icrasını təmin etmək.
Namizədə dair tələblər
Mütləq tələblər:
Ali və ya orta ixtisas təhsili;
Restoran,
ictimai iaşə və ya xidmət sahəsində 2–3 il iş təcrübəsi;
Ən azı 1 il
idarəetmə və ya rəhbər vəzifədə təcrübə;
Restoran əməliyyatları, satış,
anbar və komanda idarəçiliyi üzrə biliklər;
MS Office, xüsusilə Excel
proqramı üzrə işləmək bacarığı;
Azərbaycan dilində səlis ünsiyyət və
hesabat hazırlamaq bacarığı.
Üstünlük hesab olunur:
Fast-food və ya şəbəkə restoranlarında iş təcrübəsi;
KPI və satış göstəriciləri əsasında idarəetmə təcrübəsi.
Namizəddən gözləntilər
Güclü liderlik və komandanı motivasiya etmək bacarığı;
Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
Məsuliyyətlilik, intizam və nəticəyönümlülük;
Stressə davamlılıq və dinamik iş mühitində işləmək bacarığı;
Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları;
Növbəli iş rejimində çalışmaq imkanı.
Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə
bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir.
İş prosesinin əsas istiqamətləri
Filialın gündəlik fəaliyyətinin planlaşdırılması → Növbələrin və komandanın təşkili
→ Əməliyyat və xidmət standartlarına nəzarət → Satış və məhsul göstəricilərinin izlənilməsi → Problemlərin həlli və
nəticələrin təhlili → Hesabatlılıq və inkişaf tədbirləri
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
