Vakansiya haqqında
Birbankda Maliyyə menecmenti departamentinin Əsas fəaliyyət göstəricilərinin təyini və hesabatlığı şöbəsinə bankın strateji hədəflərinin reallaşdırılmasına töhfə verəcək, maliyyə və biznes göstəricilərini təhlil edərək performansın artırılması və data əsaslı qərarların qəbul edilməsini dəstəkləyəcək analitik düşüncəli mütəxəssis axtarırıq.
+ ' ' + Maliyyə, iqtisadiyyat, riyaziyyat, statistika, informasiya texnologiyaları və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
Biznes analitikası sahəsində minimum 3–5 il, bunun ən azı 1 ili bank/maliyyə sektorunda olmaqla iş təcrübəsi;
Süni intellekt vasitələrindən istifadə etmək bacarığı;
SQL və Dataiku üzrə biliklər üstünlükdür;
Analitik düşüncə və məlumatlara əsaslanan qərarvermə;
Problem həlletmə bacarığı və nəticəyönümlülük;
Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması;
Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
Bankın qarşısına qoyduğu maliyyə modelinin və strateji hədəflərin struktur bölmələrə uyğun performans göstəriciləri olaraq paylaşdırılması;
Bankın müxtəlif struktur bölmələriüzrə performansın idarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərin müəyyənləşdirilməsi və ölçülməsi;
Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
