Vakansiya haqqında
Vəzifənin əsas məqsədi
ERP sistemində formalaşan məlumatların toplanması, təhlili, yoxlanılması və
hesabatlaşdırılmasını təmin etmək. Müəssisənin müxtəlif biznes prosesləri üzrə məlumatların düzgünlüyünü
qiymətləndirmək, əməliyyat göstəricilərini izləmək və rəhbərliyin məlumat əsaslı qərarlar qəbul etməsinə dəstək
göstərmək.
Əsas vəzifə öhdəlikləri
ERP məlumatlarının təhlili
ERP sisteminin müxtəlif modullarından məlumatları əldə etmək və təhlil
etmək.
Sales, Purchase, Inventory, Accounting, CRM, Manufacturing və
digər modullar üzrə məlumatları təhlil etmək.
Modullar arasında məlumat
axınlarını və əməliyyat əlaqələrini araşdırmaq.
ERP sistemində
məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək.
Məlumat uyğunsuzluqlarını və əməliyyat xətalarını müəyyən etmək.
Hesabatların və dashboard-ların hazırlanması
ERP məlumatları əsasında gündəlik, həftəlik və aylıq hesabatlar
hazırlamaq.
Satış, satınalma, anbar qalığı, stok dövriyyəsi, gəlir və
xərclər üzrə analitik hesabatlar hazırlamaq.
Power BI və Excel vasitəsilə
interaktiv dashboard-lar yaratmaq.
Əsas KPI göstəricilərini müəyyən etmək
və mütəmadi monitorinqini aparmaq.
Rəhbərlik üçün idarəetmə və performans
hesabatları hazırlamaq.
Data Quality və məlumatların yoxlanılması
Sistemdə məlumatların düzgün daxil edilməsinə və strukturlaşdırılmasına nəzarət
etmək.
Təkrarlanan, natamam və yanlış məlumatları müəyyən
etmək.
Məhsul, müştəri, təchizatçı və digər əsas məlumat bazalarının
keyfiyyətini yoxlamaq.
Məlumat uyğunsuzluqlarının aradan
qaldırılması üçün aidiyyəti şöbələrlə əməkdaşlıq etmək.
SQL və məlumat bazaları ilə iş
ERP-nin PostgreSQL məlumat bazası ilə işləmək.
SQL sorğuları vasitəsilə məlumatları əldə etmək və təhlil etmək.
Müxtəlif modullarından əldə edilən məlumatları əlaqələndirmək.
Məlumatların analitik emalı və hesabatlaşdırılması proseslərini
optimallaşdırmaq.
Hesabatların avtomatlaşdırılması üçün texniki həllər
hazırlamaq.
E. Biznes proseslərinin
təhlili
Satış, satınalma, anbar, maliyyə və istehsalat
proseslərinin analitik təhlilini aparmaq.
Əməliyyat proseslərində
səmərəsizlik və kənarlaşmaları müəyyən etmək.
Stok səviyyəsi, satış
dinamikası, sifarişlərin icrası və maliyyə göstəricilərini təhlil etmək.
Biznes proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
Yeni analitik hesabat və KPI tələblərini aidiyyəti şöbələrlə
müəyyənləşdirmək.
Tələb olunan texniki bilik və bacarıqlar
Ali təhsil
İngilis dili B2
level
ERP sisteminin modulları və funksionallığı üzrə
biliklər.
PostgreSQL və SQL üzrə biliklər.
Microsoft Excel üzrə yüksək səviyyədə bilik.
Power
BI və DAX üzrə biliklər.
Data Analysis və Data Visualization
bacarıqları.
Məlumat strukturu və modullar arasındakı əlaqələr haqqında
anlayış.
Python bilikləri üstünlükdür.
ETL və Data Integration prosesləri haqqında biliklər üstünlükdür.
Əsas performans göstəriciləri (KPI)
Hesabatların vaxtında və düzgün hazırlanması.
ERP məlumatlarının dəqiqliyi və tamlığı.
Hesabatların avtomatlaşdırılması səviyyəsi.
Məlumat
uyğunsuzluqlarının aşkarlanması.
Analitik sorğuların icra
müddəti.
KPI hesabatlarının hazırlanması və
yenilənməsi.
Biznes proseslərinin optimallaşdırılmasına verilən analitik
töhfə.
Əməkdaşlıq etdiyi struktur bölmələr
Maliyyə və mühasibatlıq;
Satış və
marketinq;
Satınalma;
Anbar və
logistika;
İstehsalat;
IT və
ERP komandası.
Vəzifə üzrə məsuliyyət
Analitik hesabatların düzgünlüyünə və etibarlılığına görə məsuliyyət
daşımaq.
Məlumatların məxfiliyini və informasiya təhlükəsizliyi
qaydalarını qorumaq.
Hesabatların müəyyən edilmiş müddətlərdə
hazırlanmasını təmin etmək.
Aşkar edilmiş məlumat problemləri barədə
aidiyyəti rəhbərliyə məlumat vermək.
Analitik məlumatların düzgün şərh
edilməsini təmin etmək.
Hesabatlılıq
Birbaşa hesabat verdiyi rəhbər: ERP Manager, IT Manager, Business Intelligence
Manager və ya Finance Manager (müəssisənin təşkilati strukturundan asılı olaraq).
Maraqlanan namizədlər CV-lərini Müraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Məktubun mövzu hissəsində “ERP üzrə Data Analitik” qeyd
edilməlidir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
